Qazax şair Oljas Süleymanov

Bakının faşizm üzərində Qələbəyə töhfələrini yenidən necə qiymətləndirməli

30
(Yenilənib 17:18 02.10.2019)
"İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" adlı Beynəlxalq İctimai Forumun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçiriləcək

Məlum olduğu kimi, 2020-ci ilin mayında faşizm üzərində Qələbənin 75 illiyi qeyd olunacaq. Azərbaycan və onun paytaxtı Bakı şəhəri Böyük Qələbəyə əhəmiyyətli töhfə verib.

Ancaq bu töhfənin nə qədər qiymətləndirildiyi və Böyük Vətən Müharibəsində Azərbaycanın rolunun lazımınca dəyərləndirilməsi üçün nə etmək lazım olduğu ilə bağlı mübahisələr hələ də davam edir.

Bu günlərdə Bakıda Bakı Slavyan Universitetində "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" adlı Beynəlxalq İctimai Forum öz işini başa çatdırıb. Forumda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Hindistan və digər ölkələrin alim və ekspertləri iştirak ediblər.

Forumda müzakirə olunan mövzular arasında Bakının Qələbəyə verdiyi töhfələrin qiymətləndirilməsinin yenidən nəzərdən keçirilməsinə də diqqət yetirilib. Forum iştirakçılarının hansı nəticələrə gəldikləri, Qələbə Günü ilə bağlı müzakirələr çərçivəsində dialoqun perspektivləri və digər məsələlər barədə 3 oktyabr, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında məlumat veriləcək. İştirak edəcəklər:

- Oljas Süleymenov – qazaxıstanlı şair, yazıçı, ictimai və siyasi xadim,

- Valeri Ruzin – Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti,

- Vaqif Mustafayev – “Space” teleradio şirkətinin prezidenti, Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti,

- Gennadi Bordyuqov  - Rusiya Cəmiyyətinin Tədqiqatçılar Assosiasiyasının (AIRO-XXI) prezidenti

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

30