Nikolay Patruşev

Rusiya Azərbaycan: Patruşevin səfəri ikitərəfli münasibətlərə vəd edir

33
(Yenilənib 12:42 01.10.2019)
Məşhur rusiyalı politoloq, "Siyasi Tədqiqatlar İnstitutu"nun baş direktoru Sergey Markov region və dünyada gedən proseslər fonunda gələcək ikitərəfli əməkdaşlıqla bağlı baxışlarını bölüşəcək.

Son bir ildə Azərbaycan-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə inkişaf edib. Mütəxəssislərin rəyinə görə, cari ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb, siyasi dialoq aktivləşib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri, onun Azərbaycan rəhbərliyi ilə görüşüb danışıqlar aparması, ekspertlərin fikrincə, ikitərəfli münasibətlərdə cari vurğuların və qarşıdakı dövr üçün əsas trendlərin müəyyənləşdirilməsini təmin edib.

Məşhur rusiyalı politoloq, "Siyasi Tədqiqatlar İnstitutu"nun baş direktoru Sergey Markov 7 oktyabr saat 16:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirəcəyi mətbuat konfransında region və dünyada gedən proseslər fonunda gələcək ikitərəfli əməkdaşlıqla bağlı baxışlarını bölüşəcək.

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

33