Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bakıda Avrasiya Xalqları Assambleyası Günlərinin açılışına həsr olunan tədbir olacaq

Abunə olmaq
"Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı 30 sentyabrdan 5 oktyabradək Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri keçirəcək

Bakıda Avrasiya Xalqları Assambleyası Günlərinin açılışına həsr olunan mətbuat konfransı keçiriləcək. 

Tədbir 30 sentyabr 2019-cu il, saat 10:00-11:00 aralığında Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində olacaq.

Avrasiya Xalqları Assambleyasının iştirakçıları:

Belyaninov Andrey Yuryeviç, Avrasiya Xalqları Assambleyasının baş katibi, Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri, "Rusiyanın sərvəti" Fondunun Himayədarlar Şurasının sədri, iqtisad elmləri doktoru, siyasi elmlər doktoru;

Bernar LOZE, Avrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Franko-Rusiya dialoqu Assosiasiyasının (Fransa) vitse-prezidenti;

Dalbir SİNQX, Avrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Hindistan Milli Konqresinin Milli Katibi, Siyasət və İdarəetmə Fondunun (Hindistan) Prezidenti;

Əliyev Üzeyir Rasim oğlu, Rusiya ali məktəbləri məzunlarının Azərbaycan Assosiasiyasının sədri.

Rusiyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov - Sputnik Azərbaycan
RUSİYA
Səfir: Əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəsə...

Mətbuat konfransının mövzusu 30 sentyabrdan 5 oktyabradək Azərbaycanda "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı tərəfindən keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləridir.

Avrasiya Xalqları Assambleyası

Avrasiya Xalqları Assambleyası Böyük Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyasının alətləri vasitəsilə sülhməramlılıq, mədəni- humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığın inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi sahəsində aktiv fəaliyyət göstərir.

Avrasiya Xalqları Assambleyası ən geniş dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Avrasiya Xalqları Assambleyasının fəaliyyət planına Böyük Avrasiya ölkələrindəki müxtəlif layihə və tədbirlər daxildir. Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Bolqarıstan, Monqolustanda uğurla keçirilən Avrasiya Xalqları Assambleyası Günlərinin keçirilməsi təcrübəsi özünü müsbət tərəfdən göstərib.

Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Böyük Avrasiya məkanında iqtisadi layihələrin inkişaf perspektivləri müzakirə ediləcək

Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində Avrasiya Xalqları Assambleyası Ali Şurası Rəyasət Heyətinin genişləndirilmiş iclası, "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" Beynəlxalq İctimai Forumu, "Birlikdə qələbə qazanmışıq" Festivalının filmlərinin nümayişi, "İdman millətləri birləşdirir" dəyirmi masası, Avrasiya Dostluq Axşamı, "Avrasiya məkanında işgüzar əməkdaşlığın perspektivləri" beynəlxalq biznes forumu, "Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq" dəyirmi masası , LİFT-2019 festivallarının IV Avrasiya ədəbi festivalı, Avrasiya təhsil forumu, "Avrasiyanın yeni nəsli" Gənclər forumu və digər tədbirlər keçiriləcək.

Beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının, biznes icmaların nümayəndələri, elm və mədəniyyət xadimləri, jurnalistlər Azərbaycanda keçiriləcək Avrasiya Xalqları Assambleyası Günlərində iştiraka dəvət olunur.

Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günlərinin tərəfdaşları üçün kontaktlar: info@eurasia-assembly.org.

KİV üçün kontaktlar: media@eurasia-assembly.org.

Əsas informasiya tərəfdaşı – Sputnik Azərbaycan

Keçirilmə yeri: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə

Telefonlar: 404-13-84/85 

e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0