Şagird, arxiv şəkli

Yeni dərs ilinə İctimai Şura ilə: Bu necə qurulacaq?

69
(Yenilənib 16:13 10.09.2019)
İctimai Şuranın üzvləri öz işlərini necə quracaqları və yeni dərs ilində hansı yeniliklərin nəzərdə tutulduğunu açıqlayacaqlar

Sentyabrın 16-da Azərbaycandakı təhsil müəssisələri öz qapılarını yüz minlərlə şagird və tələbənin üzünə açacaq. İlk dəfə olaraq, bu dərs ilindən etibarən təhsil sahəsinə bu günlərdə formalaşdırılan Təhsil Nazirliyi yanında İctimai Şura nəzarət edəcək.

Məlumata görə, İctimai Şura təhsil sahəsindəki müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edəcək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verəcək və qanunla müəyyən edilmiş hüquqları olan məsləhətçi bir qurum olacaq.

Bu strukturun öz işini necə quracağı, yeni dərs ilində hansı yeniliklərin nəzərdə tutulduğu barədə 13 sentyabr, saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri danışacaqlar. İştirak edəcəklər:

Şahlar Əsgərov,

Nadir İsrafilov,

Asif Cahangirov

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

69
Kompüter arxasında iş, arxiv şəkli

Xəbər başlığı qədər sadə olsa, bir o qədər yaxşıdır - SputnikPro layihəsi

7
(Yenilənib 19:42 26.02.2021)
SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən onlayn-sessiyada spiker həmkarlarına məqalələrə cəlbedici başlığın necə qoyulması barədə danışıb.

BAKI, 26 fevral — Sputnik. Xəbər başlığı həm cəlbedici, həm də sadə və anlaşılan olmalıdır. Nə qədər sadə olsa, bir o qədər yaxşıdır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinarda bu barədə danışılıb.

Fevralın 26-da, cümə günü baş tutan onlayn sessiya "Başlıq – düşmən deyil, dostdur: tez və effektli cəlbedici başlıq necə qoyulmalı?" mövzusuna həsr olunub. Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçis Oleq Dmitriyev

O, "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.

Vebinarda Oleq Dmitriyev media mətnlərinə başlıqların qoyulması ilə bağlı müxtəlif yanaşmaları nəzərdən keçirib, onların mənfi və müsbət cəhətlərini göstərib. Məsələn, müxtəlif MDB ölkələrinin KİV-lərindən götürülmüş məqalə nümunələri əsasında jurnalistlərin öz yazılarına qoyduqları uğurlu başlıqlar barədə danışıb, eləcə də, bu sahədəki problemlərə toxunub.

"Başlıq fikirləşəndə assosiasiyalardan, sitatlardan, hətta memlərdən istifadə etmək olar", – deyən O.Dmitriyev onu da qeyd edib ki, bütün bunlar oxucu tərəfindən asanlıqla qavranılmalıdır.

Başlıqlar tamamilə müxtəlif ola bilər – məqalənin əsas ideyası ilə üst-üstə düşə, bir növ təlimat xarakteri daşıya, yaxud simvolik ifadələrin "top line"la birləşməsindən ibarət ola bilər. Əsas odur ki, oxucunu cəlb etsin və onda materialı oxumaq həvəsi yaratsın", – deyə spiker vurğulayıb.

Məqalələrin ikinci başlığına da toxunan Dmitriyev bildirib ki, yazının bu hissəsində yalnız material buna imkan verdiyi təqdirdə intriqa yaratmaq olar.

"Məqalənin girişini gəlincə, onun əsas məqsədi oxucunu mətni sona qədər oxumağa məcbur etməkdir. Ancaq bu hissənin uzunluğu üç-dörd cümlədən çox olmamalıdr", – deyə spiker vurğulayıb.

SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

7
Masa arxaslnda qadın

Xəbərə cəlbedici başlığı necə qoymalı: SputnikPro-nun vebinarında bu barədə danışılacaq

10
Növbəti onlayn-sessiyanın spikeri müxtəlif MDB ölkələrinin media materiallarından nümunələr əsasında qısa müddətdə maraqlı başlıq fikirləşmək bacarıqlarını təhlil edəcək.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu SputnikPro maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Fevralın 26-da, cümə günü, Bakı vaxtı ilə saat 14:00-da "Başlıq – düşmən deyil, dostdur: tez və effektli cəlbedici başlıq necə qoyulmalı?" mövzusuna həsr olunmuş vebinar baş tutacaq. Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.

Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.

© Sputnik
Oleq Dmitriyev

Vebinarda Oleq Dmitriyev media mətnlərinə başlıqların qoyulması ilə bağlı müxtəlif yanaşmaları nəzərdən keçirəcək, onların mənfi və müsbət cəhətlərini göstərəcək. Müxtəlif MDB ölkələrinin KİV-lərindən götürülmüş məqalə nümunələri əsasında jurnalistlərin öz yazılarına qoyduqları uğurlu başlıqlar barədə danışacaq, eləcə də, bu sahədəki problemlərə toxunacaq.

Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

SputnikPro "onlayn-mövsüm"ünü 2020-ci il mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası, veb-analiz vasitələri və müəllif hüquqları kontekstində jurnalist işininin xüsusiyyətləri müzakirə olunur. İştirakçılar çat vasitəsilə bir-birinə mesaj göndərə və fikirlərini real vaxt rejimində paylaşa bilərlər.

SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

10
Little Big qrupunun üzvləri Sofya Tayurskaya və İlya Prusikin, arxiv şəkli

“Little Big” qrupunun sabiq solistinin meyitini tapdılar

0
(Yenilənib 13:49 02.03.2021)
Musiqi karyerasından əlavə, Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

BAKI, 2 mart — Sputnik. “Little Big” qrupunun sabiq üzvü Anna Kastelyanos evində ölmüş vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər veriri ki, 40 yaşlı müğənninin meyitini Sankt-Peterburq şəhərindəki mənzilində könüllü aşkarlayıb. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Kastelyanos üçüncü qrup əlil idi, son yarım ildə isə o, yataq xəstəsi olmuşdu.

Musiqi karyerasından əlavə,  Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

 

0
Teqlər:
Rusiya, meyit, ölü, müğənni