Fotoqraf, arxiv şəkli

Azərbaycan fotoqrafiyası: Dünən bu gün

289
(Yenilənib 11:28 19.08.2019)
Fotoqrafiya ən vacib hadisələri, maraqlı anları, gözəl və əziz olan hər şeyi həmişəlik həkk etməyin unikal bir vasitəsidir

Avqustun 19-u Beynəlxalq Fotoqrafiya Günüdür. Bu günü həm peşəkar, həm də həvəskar fotoqraflar qeyd edirlər.

Bu tarixin Beynəlxalq Fotoqrafiya Günü kimi təsis olunması təşəbbüsünü 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara irəli sürüb. Qeyd edək ki, 1839-cu il avqustun 19-da fotoşəkilin prototipi sayılan dagerotipin əldə etmə üsulu ictimaiyyətə təqdim olunub. Bu ixtira Lui Jak Mande Dagerə məxsusdur.

Fotoqrafiya ən vacib hadisələri, maraqlı anları, gözəl və əziz olan hər şeyi həmişəlik həkk etməyin unikal bir vasitəsidir. Fotoqrafiya son zamanlar Azərbaycanda incəsənətin ayrı bir növünə çevrilib, azərbaycanlı fotoqraflar isə məşhurlardan geri qalmırlar.

Sputnik Azərbaycan-da avqustun 19-u saat 12:00-da keçiriləcək tədbirdə Azərbaycanın məşhur fotoqrafları Vüqar İbadov (Baku Media Centre), Həbib Səmədov, Əhməd Muxtar, Elmar Mustafazadə və Xalid Zeynalov bu incəsənət növünün bu gün necə inkişaf etdiyindən, fotoqrafiyada yeni tendensiya və istiqamətlərdən danışacaqlar.

Tədbir Sputnik Azərbaycan-nın Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

289
 Qoruyucu maskada olan şəxs, arxiv şəkli

Dünya pandemiyadan sonra SputnikPro-nun növbəti vebinarı

21
(Yenilənib 14:56 24.06.2020)
Onlayn-sessiyanın spikeri qismində beynəlxalq münasibətlər və xarici siyasət sahəsində Rusiyanın ən tanınmış ekspertlərindən biri çıxış edəcək

BAKI, 24 iyun — Sputnik. Koronavirus pandemiyasından sonra dünya necə olacaq? Bu sual, şübhəsiz ki, hamını maraqlandırır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçiriləcək növbəti - sayca on birinci vebinar bu suala cavab verməyə çalışacaq.

Vebinarın spikeri qismində Rusiyanın beynəlxalq münasibətlər və xarici siyasət sahəsində ən tanınmış ekspertlərindən biri, “Rossiya v qlobalnoy politike” (“Rusiya qlobal siyasətdə”) jurnalının baş redaktoru, “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov çıxış edəcək.

Fyodor Lukyanov 1990-cı ildən 2002-ci ilədək beynəlxalq jurnalist kimi çalışıb. Müxtəlif qəzet, radio və televiziyalarla əməkdaşlıq edib. 2002-ci ildən “Rossiya v qlobalnoy politike” jurnalının baş redaktorudur. 2011-ci ildə beynəlxalq jurnalistikaya verdiyi töhfəyə görə, Rusiya hökumətinin mükafatının laureatı olub. 2012–ci ildə Rusiyanın ən qədim QHT-lərindən biri olan Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin sədri seçilib. 2015-ci ildən “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktorudur.

Bu gün Lukyanov “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsində professor-tədqiqatçı kimi çalışır. O, beynəlxalq münasibətlər və xarici siyasət sahəsində Rusiyanın ən tanınmış ekspertlərindən biridir, Rusiya və xarici KİV-də çoxsaylı məqalələrin müəllifidir.

"Dünya pandemiyadan sonra: tamaşaçı nəyi bilmək istəyir" mövzusunda vebinar 26 iyun, Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://anketolog.ru/s/345855/FLqfVEAx ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

21
Əlaqədar
Sosial şəbəkə istifadəçilərində emosiya yaradacaq videoları necə hazırlamalı
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir
Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem
"Titanik" kimi batmaq, yoxsa... Ən oxunaqlı sayta çevrilmənin yolları
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib
Ofisdə işləyən jurnalist, arsiv şəkli

Data jurnalistika: Yazınız dillər əzbəri olsun deyə...

12
(Yenilənib 14:11 20.06.2020)
SputnikPro çərçivəsində növbəti vebinarın spikeri nəticələri başqa KİV-lər üçün də maraqlı, istinad mənbəyi olacaq araşdırmaları apararkən nələri vurğulamağın gərəkdiyini açıqlayıb.

BAKI, 20 iyun — Sputnik. İnsanlar pulu sevirlər. Bu mövzu həmişə aktualdır. Populyarlığına görə ikinci yerdə sağlamlıq, üçüncü pillədə isə uşaqlar və onların təhsili dayanır. Bu mövzular üzrə reytinqlər həmişə maraqlı olur. Bütün bunlar barədə maarifləndirici SputnikPro layihəsinin növbəti vebinarında söhbət aparılıb.

Onuncu, yubiley onlayn seminar “Data jurnalistika: sitat gətirilən xəbərləri yazmaq üçün araşdırmanı necə aparmalı” mövzusuna həsr olunmuşdu. Vebinarın spikeri Andrey Manko İqtisadi Tədqiqatlar Mərkəzinin Maliyyə institutlarının təhlili idarəsinin rəisidir.

Andrey iqtisadçıdır, 2006-cı ildə Ali İqtisad Məktəbində magistraturanı bitirib. 2005-ci ildən konsaltinq, eləcə də iqtisadi təhlil sahəsində çalışıb. 2011-ci ildən RİA Novosti-nin İqtisadi Araşdırmalar Mərkəzində (RIA Rating brendi) idarə rəisi kimi fəaliyyət göstərir. Bankların və digər şirkətlərin, regionların və ölkələrin təhlili ilə məşğul olur.

Vebinar zamanı  Andrey Manko nəticələri başqa KİV-lər üçün də maraqlı, istinad mənbəyi olacaq araşdırmaları apararkən nələri vurğulamağın gərəkdiyini açıqlayıb.

“Araşdırma keyfiyyətli olmalıdır. Bəzi araşdırmalar keyfiyyətli, bəziləri isə sadəcə populyar olur. Yenilik olmalıdır: hərdən sənə elə gəlir ki, bu məlumat eninə-uzununa işlənib və artıq maraqlı deyil, amma bu, heç də həmişə belə olmur, ola bilsin ki, sadəcə sizin gözünüz öyrəşib. Həmçinin metodologiya, məlumatların toplanmasının da keyfiyyəti yüksəldilməlidir”, - Manko deyib.

Spiker, eləcə də bu və ya digər mövzunun aktuallığı məsələsinə toxunub: “İndi aktual mövzu koronavirusdur. Amma aktual mövzular çox güclü işıqlandırılır, ona görə də, məsələn, siz çox maraqlı yaza bilərsiniz, amma o, informasiya axınının içində itib-batacaq. Siz sadəcə çoxluğun bir hissəsi olacaqsınız”.

Andrey Mankonun fikrincə, başqa ölkələrdə, məsələn, ABŞ-da, yaxus Avropa dövlətlərində reytinq ideyalarına baxıb onlardan nümunə götürməkdə eyibli bir şey yoxdur. “Əlbəttə, onların reytinqləri fərqlidir və biz onları öz auditoriyamız üçün adaptasiya edirik. Bu cür köçürmədə bir problem görmürəm. Statistika ilə işləyərkən ümumi aspektləri: ranqları, korrelyasiyaları və s. nəzərə almaq lazımdır”, - ekspert qeyd edib.

Materiallara istinad olunması, onların sitat gətirilməsi məsələsindən danışarkən Manko vurğulayıb ki, cədvəl, qrafik, infoqrafika və ya video vasitəsilə çatdırılan mövzu daha maraqlı olur. Bu zaman başlıqlar maraqlı və cəlbedici, amma eyni zamanda dəqiq olmalıdır. Balansı hiss etməlisiniz, Manko deyib.

© Photo : Courtesy of Andrey Manko
Andrey Manko

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

12
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

0
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

0