Bakı, Tehran və Moskva arasında üçtərəfli görüş

Azərbaycan-İran-Rusiya üçbucağı - prezidentlərin görüşü vəd edir

21
(Yenilənib 15:59 14.08.2019)
"Cənubi Qafqaz" Politoloqlar Klubunun 62-ci iclasında politoloqlar Bakı, Tehran və Moskva arasında üçtərəfli əməkdaşlığın perspektivləri barədə danışacaqlar

BAKI, 14 avqust — Sputnik. Məlum olduğu kimi, yaxın vaxtlarda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olacaq. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinin müzakirə olunacağı proqnozlaşdırılır.

Bu formatda ilk görüş 2016-cı ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə olub. Ənənəyə görə, bu cür görüşlər çərçivəsində regional məsələlərə dair də fikir mübadiləsi aparılır.

Avqustun 16-da, saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" Politoloqlar Klubunun 62-ci iclasında politoloqlar Bakı, Tehran və Moskva arasında üçtərəfli əməkdaşlığın perspektivləri barədə danışacaqlar.

İştirak edəcəklər:

Heydər Mirzə - Azərbaycan İctimai Televiziyasının redaksiya rəhbəri və siyasi şərhçi,

Elşad Mirbəşir oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru,

Nəzakət Məmmədova - politoloq,

Zaur Məmmədov - politoloq, Bakı politoloqlar klubunun rəhbəri,

Anastasiya Lavrina - "Avrasiya" Beynəlxalq Mətbuat Fondunun prezidentinin köməkçisi,

Fərhad İbrahimov - Y.Primakov adına Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun postsovet tədqiqatlar mərkəzinin aspirantı.

Moderator politoloq İlqar Vəlizadədir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

21

Səhər yeməyinin şahı: Pendirin mayalanma resepti

101
(Yenilənib 11:29 25.12.2020)
Azərbaycanda səhər yeməyini pendirsiz təsəvvür etmək mümkün deyil. Adətən biz onu mağazalardan alırıq. Sputnik Azərbaycan isə sizə pendiri mayalamağın üsulunu təqdim edir. Daha ətraflı – videomuzda.

Azərbaycanda ağartı məhsulları çox sevilir, xüsusilə pendir. Demək olar hər ailədə pendir masadan əskik olmur. Azərbaycanlılar ümumiyyətlə evdə hazırlanmış pendirə həmişə daha çox üstünlük veriblər. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri Beyləqan rayon sakini Şəlalə Əzimovadan pendirin ev şəraitində hazırlanma qaydasını təqdim etməyi xahiş edib. Pendirin hazırlanması üçün bizə süd, hər bir mağazada satılan pendir mayası və duz lazım olacaq.

İlk öncə süd sağılır, süzülür və isti-isti maya əlavə olunur. 10 dəqiqə gözlədikdən sonra mayalanmış süd şor torbasına tökülür və yaxşıca süzülür. Üzərinə mütləq ağır əşya qoyulmalıdır ki, pendir daha yaxşı süzülsün. İki saata yaxın gözlədikdən sonra pendir kəsilir və duzlanır. Duzlayandan sonra pendir duzda bərkiyənə kimi sərin yerdə saxlanılır.

Qeyd edək ki, südü qaynatdıqdan sonra da mayalamaq olar. Belə olan halda südün soyuması gözlənilir, ilıq halda mayalanır. Bu cür pendir bişmiş pendir adlanır.

101
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

72
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

72
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Bakıda parada parada baxan şəxslər, arxiv şəkli

Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

0
(Yenilənib 17:55 18.01.2021)
"Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək".

BAKI, 18 yanvar — Sputnik. Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri kimi, müharibədə xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçuların da sosial müdafiəsi diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən onlarla bağlı dəstək tədbirləri görülür. Yaralanmış hərbi qulluqçuların artıq yarıdan çoxu Nazirliyin əməkdaşları tərəfindən ziyarət olunub və bu proses yaxın günlərdə başa çatacaq.

Nazir bildirib ki, bu görüşlər zamanı onların, ailə üzvlərinin sosial vəziyyətləri öyrənilməklə müvafiq dəstək işləri aparılır, həmçinin reabilitasiya vasitələri ilə təmin edilirlər. Son bir ayda da 125 hərbçiyə 530 reabilitasiya vasitəsi verilib, 6 hərbi qulluqçu yüksək texnologiyalı 8 protezlə təmin olunub. Ehtiyacı olanlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

S.Babayev, bu görüşlər zamanı, eyni zamanda, xəsarət almış hərbi qulluqçuların sağlamlıq vəziyyəti, tibbi-sosial ekspertizası üçün də məlumatlar toplandığını, amputasiya halları ilə bağlı onlardan bir qisminə artıq uyğun əlillik dərəcələri təyin olunduğunu qeyd edib.

O bildirib ki, hazırda ilk iclası keçirilən bu komissiya da ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə həyata keçirəcək. Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək. Bu işçi qrupları həmin hərbi qulluqçuların birgə əyani müayinəsi, onların xəsarət və xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən edilməsi işini aparacaq. Bundan sonra müvafiq tibbi sənədlərin elektron sistemə daxil edilməsi və əlilliyin qiymətləndirilməsi aparılmaqla prosesin operativ, şəffaf və keyfiyyətlə icrası təmin olunacaq.

Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da elə əlillik təyin olunan gün proaktiv şəkildə, elektron sistem üzərində avtomatik şəraitdə həyata keçiriləcək. Eyni zamanda, onların reabilitasiya xidmətləri ilə əhatə olunması işləri aparılacaq.

İclasda komissiya tərəfindən görüləcək işlər müzakirə olunaraq tədbirlər planı təsdiq edilib.

Xatırladaq ki, komissiyasının tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.

0