Rusiya və Azərbaycan bayraqları

Rusiya-Azərbaycan münasibətlərini necə fəallaşdırmalı

38
(Yenilənib 20:17 06.08.2019)
Məşhur ekspertlər "Aktual Rusiya-Azərbaycan gündəliyi" mövzusunda keçiriləcək Moskva-Bakı videokörpüsü zamanı Azərbaycan-Rusiya münasibətlərini fəallaşdırmağın yollarını müzakirə edəcəklər

Avqustun 14-də Soçidə Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü planlaşdırılıb. Liderlərin əvvəlki görüşü 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalandığı "Xəzər beşliyi" sammiti çərçivəsində keçirilib.

Avqustun 9-da saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpü çərçivəsində ikitərəfli Rusiya-Azərbaycan gündəliyi, Konvensiyanın əhəmiyyəti, Soçidə müzakirəsi mümkün olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

İştirak edəcəklər:

Bakıda:

— Bakı Dövlət Universitetinin professoru, "Azərbaycanda Regional İnkişaf Mərkəzi" Fondunun rəhbəri Çingiz İsmayılov;

— Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov.

Moskvada:

— Strateji İnkişaf Modelləşdirmə Mərkəzinin Birinci vitse-prezidenti Qriqori Trofimçuk;

— Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Orta Asiya və Qafqazın Tədqiqi Mərkəzinin elmi əməkdaşı, şərqşünas Stanislav Pritçin.

Söhbətə Rusiya Federasiyası Dövlət Dumasının nümayəndələri də dəvət olunub.

Əlavə məlumat üçün müraciət edə bilərsiz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

38
 Qoruyucu maskada olan şəxs, arxiv şəkli

Dünya pandemiyadan sonra SputnikPro-nun növbəti vebinarı

21
(Yenilənib 14:56 24.06.2020)
Onlayn-sessiyanın spikeri qismində beynəlxalq münasibətlər və xarici siyasət sahəsində Rusiyanın ən tanınmış ekspertlərindən biri çıxış edəcək

BAKI, 24 iyun — Sputnik. Koronavirus pandemiyasından sonra dünya necə olacaq? Bu sual, şübhəsiz ki, hamını maraqlandırır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçiriləcək növbəti - sayca on birinci vebinar bu suala cavab verməyə çalışacaq.

Vebinarın spikeri qismində Rusiyanın beynəlxalq münasibətlər və xarici siyasət sahəsində ən tanınmış ekspertlərindən biri, “Rossiya v qlobalnoy politike” (“Rusiya qlobal siyasətdə”) jurnalının baş redaktoru, “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov çıxış edəcək.

Fyodor Lukyanov 1990-cı ildən 2002-ci ilədək beynəlxalq jurnalist kimi çalışıb. Müxtəlif qəzet, radio və televiziyalarla əməkdaşlıq edib. 2002-ci ildən “Rossiya v qlobalnoy politike” jurnalının baş redaktorudur. 2011-ci ildə beynəlxalq jurnalistikaya verdiyi töhfəyə görə, Rusiya hökumətinin mükafatının laureatı olub. 2012–ci ildə Rusiyanın ən qədim QHT-lərindən biri olan Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin sədri seçilib. 2015-ci ildən “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktorudur.

Bu gün Lukyanov “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsində professor-tədqiqatçı kimi çalışır. O, beynəlxalq münasibətlər və xarici siyasət sahəsində Rusiyanın ən tanınmış ekspertlərindən biridir, Rusiya və xarici KİV-də çoxsaylı məqalələrin müəllifidir.

"Dünya pandemiyadan sonra: tamaşaçı nəyi bilmək istəyir" mövzusunda vebinar 26 iyun, Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://anketolog.ru/s/345855/FLqfVEAx ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

21
Əlaqədar
Sosial şəbəkə istifadəçilərində emosiya yaradacaq videoları necə hazırlamalı
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir
Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem
"Titanik" kimi batmaq, yoxsa... Ən oxunaqlı sayta çevrilmənin yolları
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib
Ofisdə işləyən jurnalist, arsiv şəkli

Data jurnalistika: Yazınız dillər əzbəri olsun deyə...

12
(Yenilənib 14:11 20.06.2020)
SputnikPro çərçivəsində növbəti vebinarın spikeri nəticələri başqa KİV-lər üçün də maraqlı, istinad mənbəyi olacaq araşdırmaları apararkən nələri vurğulamağın gərəkdiyini açıqlayıb.

BAKI, 20 iyun — Sputnik. İnsanlar pulu sevirlər. Bu mövzu həmişə aktualdır. Populyarlığına görə ikinci yerdə sağlamlıq, üçüncü pillədə isə uşaqlar və onların təhsili dayanır. Bu mövzular üzrə reytinqlər həmişə maraqlı olur. Bütün bunlar barədə maarifləndirici SputnikPro layihəsinin növbəti vebinarında söhbət aparılıb.

Onuncu, yubiley onlayn seminar “Data jurnalistika: sitat gətirilən xəbərləri yazmaq üçün araşdırmanı necə aparmalı” mövzusuna həsr olunmuşdu. Vebinarın spikeri Andrey Manko İqtisadi Tədqiqatlar Mərkəzinin Maliyyə institutlarının təhlili idarəsinin rəisidir.

Andrey iqtisadçıdır, 2006-cı ildə Ali İqtisad Məktəbində magistraturanı bitirib. 2005-ci ildən konsaltinq, eləcə də iqtisadi təhlil sahəsində çalışıb. 2011-ci ildən RİA Novosti-nin İqtisadi Araşdırmalar Mərkəzində (RIA Rating brendi) idarə rəisi kimi fəaliyyət göstərir. Bankların və digər şirkətlərin, regionların və ölkələrin təhlili ilə məşğul olur.

Vebinar zamanı  Andrey Manko nəticələri başqa KİV-lər üçün də maraqlı, istinad mənbəyi olacaq araşdırmaları apararkən nələri vurğulamağın gərəkdiyini açıqlayıb.

“Araşdırma keyfiyyətli olmalıdır. Bəzi araşdırmalar keyfiyyətli, bəziləri isə sadəcə populyar olur. Yenilik olmalıdır: hərdən sənə elə gəlir ki, bu məlumat eninə-uzununa işlənib və artıq maraqlı deyil, amma bu, heç də həmişə belə olmur, ola bilsin ki, sadəcə sizin gözünüz öyrəşib. Həmçinin metodologiya, məlumatların toplanmasının da keyfiyyəti yüksəldilməlidir”, - Manko deyib.

Spiker, eləcə də bu və ya digər mövzunun aktuallığı məsələsinə toxunub: “İndi aktual mövzu koronavirusdur. Amma aktual mövzular çox güclü işıqlandırılır, ona görə də, məsələn, siz çox maraqlı yaza bilərsiniz, amma o, informasiya axınının içində itib-batacaq. Siz sadəcə çoxluğun bir hissəsi olacaqsınız”.

Andrey Mankonun fikrincə, başqa ölkələrdə, məsələn, ABŞ-da, yaxus Avropa dövlətlərində reytinq ideyalarına baxıb onlardan nümunə götürməkdə eyibli bir şey yoxdur. “Əlbəttə, onların reytinqləri fərqlidir və biz onları öz auditoriyamız üçün adaptasiya edirik. Bu cür köçürmədə bir problem görmürəm. Statistika ilə işləyərkən ümumi aspektləri: ranqları, korrelyasiyaları və s. nəzərə almaq lazımdır”, - ekspert qeyd edib.

Materiallara istinad olunması, onların sitat gətirilməsi məsələsindən danışarkən Manko vurğulayıb ki, cədvəl, qrafik, infoqrafika və ya video vasitəsilə çatdırılan mövzu daha maraqlı olur. Bu zaman başlıqlar maraqlı və cəlbedici, amma eyni zamanda dəqiq olmalıdır. Balansı hiss etməlisiniz, Manko deyib.

© Photo : Courtesy of Andrey Manko
Andrey Manko

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

12
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan