Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanda uşaq və gənclərin yaradıcılıq problemi: gələcək teatrdadır?

© Sputnik / Владимир Песня / Mediabanka keçidДети в зрительном зале театра, фото из архива
Дети в зрительном зале театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaradıcı ictimaiyyətin nümayəndələri Azərbaycanda uşaq və gənclərin yaradıcılıq problemindən danışacaqlar

Yay tətili günlərində ən çox müzakirə olunan mövzulardan biri də gənclərin istirahətinin təşkil edilməsidir. Elə adamlar var ki, heç də sadə olmayan bu məsələnin həllinə yaradıcı yanaşırlar. Onların arasında Bakı Uşaq Teatrının "Günay" studiyasının yeniyetmə üzvləri də var.

Bu yaxınlarda Bakı Uşaq Teatrı özünün 16-cı teatr mövsümünü bağlı elan edib. Teatr Sankt-Peterburqa "Zolotaya Masoçka" payız festivalına dəvət edilib. Bu festivala adətən yalnız 1-ci dərəcəli teatr müsabiqələrinin laureatları dəvət olunur. Bu, "Birincilər arasında birinci" müsabiqəsidir. Yayda "Günay" studiyası Azərbaycanı Gənc İfaçıların X Beynəlxalq müsabiqə-festivalında təmsil edəcək.

Kollektiv öz uğurları ilə Azərbaycanda uşaq və gənclərin yaradıcılığının inkişafı, o cümlədən gənclərin istirahətlə bağlı problemlərinin həlli prizmasından danışmağı haqq edib.

İyulun 9-da saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Bakı Uşaq Teatrının "Günay" studiyasının direktoru Larisa Tarusova, "Mədəniyyət" jurnalının baş redaktoru Zöhrə Əliyeva və yaradıcı ictimaiyyətin nümayəndələri Azərbaycanda uşaq və gənclərin yaradıcılıq problemi ilə bağlı danışacaqlar.

Əlavə məlumat üçün müraciət edə bilərsiz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

 

Xəbər lenti
0