Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Regional geosiyasətdə ordunun rolu və tarixi aspektlər müzakirə ediləcək

© Sputnik/ Мурад ОруджевSputnik Azərbaycan mətbuat mərkəzi
Sputnik Azərbaycan mətbuat mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişən şərtlərdə Azərbaycan ordusunun qarşısında dayanan əsas məsələlər müzakirəyə çıxarılacaq

BAKI, 25 iyun — Sputnik. Azərbaycan xalqı 26 iyunda milli Silahlı Qüvvələrin yaranmasının 101-ci ildönümünü qeyd etdi. Yarandığı vaxtdan - 1918-ci ildən bu günə kimi Azərbaycan ordusu regionun ən güclü ordusu olub. Hətta sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi üçün yaxşı əsaslar mövcud olub və bu proses müstəqillik illərində də davam etdirilib.

Hazırkı geopolitik vəziyyətdə, regiondakı müxtəlif münaqişələrin fonunda milli silahlı qüvvələrin rolu bir qədər artıb. Dəyişən şərtlərdə Azərbaycan ordusunun qarşısında dayanan əsas məsələlər, beynəlxalq ekstremist təşkilatların yaratdığı təhlükənin aktuallığı, İran və Əfqanıstan ətrafında regional müharibə təhlükəsi nəzərə alınmaqla silahlı qüvvələrin döyüş hazırlığı ilə bağlı məsələlər 27 iyun saat 12:00-da "Sputnik Azərbaycan" BMMM-də keçiriləcək dəyirmi masada müzakirə ediləcək. İştirak edəcəklər:

Üzeyir Cəfərov - hərbi ekspert,

Rizvan Hüseynov - Qafqaz tarixi Mərkəzinin direktoru,

Arman Süleymanov - Qazaxıstan Elm və Təhsil Nazirliyinin Dövlətçilik Tarixi İnstitutunun baş elmi əməkdaşı,

Şuxrat Salamov (Barlas) - məşhur özbək yazıçı və tarixçisi.

Əlavə məlumat üçün müraciət edə bilərsiz:

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

Xəbər lenti
0