İftar zamanı

Azərbaycanın ictimai həyatında Ramazanın rolu nədən ibarətdir

62
(Yenilənib 10:20 31.05.2019)
Ramazanın müasir Azərbaycan cəmiyyətindəki roluna və əhəmiyyətinə həsr olunan dəyirmi masa keçiriləcək

Müqəddəs Ramazan orucunu müsəlmanlar hicrətin (622) ikinci ilindən etibarən tutmağa başlayıblar. Ramazan ayı insanlara Allahın prinsiplərini sevməyi, iradəli olmağı, dözümlülüyü, həssas və vicdanlı olmağı təlqin edir. Məhz bu ayda müsəlmanlar oruc tuturlar və Ramazanı on bir ayın sultanı adlandırırlar. İnanca görə, İslam dininin müqəddəs kitabı "Quran" da bu ayda nazil olub. Ramazan orucunu tutmaq eyni zamanda müsəlmana vacib buyrulan beş əməldən (şəhadət, həcc, namaz, oruc, zəkat) biridir.

Hesab olunur ki, insanlar aclıq və susuzluqla imtahan ediləndə, yeməyə və suya möhtac olanların halını yaxşı başa düşürlər. Oruc insanları başqalarına qarşı daha mərhəmətli davranmağa, özlərini onların yerinə qoymağa və daha çox yaxşılıq etməyə çağırır. Odur ki, orucun sosial və bərabərlik baxımından anlamı dini anlamından daha vacibdir.

İyunun 4-də saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Ramazanın müasir Azərbaycan cəmiyyətindəki roluna və əhəmiyyətinə həsr olunan dəyirmi masa keçiriləcək. Masada Azərbaycan İlahiyyət İnstitutunun elmi əməkdaşı Hacı Adil Hüseynoğlu, Əməkdar jurnalist Azər Həsrət, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva və başqaları iştirak edəcək.

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

62