Мультимедийный пресс-центр Sputnik Азербайджан

Çap mediadan onlayna keçidin sirləri: Rusiyalı mütəxəssis master-klass keçəcək

37
(Yenilənib 12:53 14.05.2019)
Rusiyanın praktik jurnalistika sahəsində qabaqcıl təlimçilərindən biri jurnalistləri və bloggerləri peşəkar bacarıqlarını və biliklərini artırmağa istiqamətlənmiş layihədə iştiraka dəvət edir

SputnikPro layihəsi çərçivəsində "Çap mediadan onlayna keçidin sirləri: "Rossiya seqodnya" BİA-nın təlim layihələrinin rəhbəri ilə görüş" keçiriləcək.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Azərbaycan KİV-nin nümayəndələri üçün SputnikPro layihəsinin növbəti modulunu işə salıb.

Bu modul çərçivəsində Rusiyanın praktik jurnalistika sahəsində qabaqcıl təlimçilərindən biri, "Rossiya seqodnya" BİA-nın təlim layihələrinin rəhbəri, məşhur media eksperti Oleq Şedrovun jurnalist və bloggerlərlə görüşü olacaq.

Peşəkar təlimçi Bakıda çap KİV-dən onlayna keçidin sirlərini bölüşəcək.

Tədbir mayın 17-də Sputnik Azərbaycan Beynəlxalq Muıtimedia Mətbuat Mərkəzində keçiriləcək.

İnteraktiv məşğələ zamanı materialın mövzusunu daha maraqlı təqdim etmək üçün keçmişdən nələri götürməyin lazım olduğundan, video, foto, infoqrafika və podkastlar da daxil olmaqla internetin hansı multimedia imkanlarından istifadə etməyin mümkünlüyündən söhbət gedəcək.

Oleq Şedrov jurnalistlərlə daimi oxucu qazanmaq və onların diqqətini uzun müddət cəlb etmək üçün internetdə hadisələri necə düzgün nağıl etməyin sirlərini bölüşəcək.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

SputnikPro Azərbaycanda 6-cı dəfə olacaq.

37