Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Qızıl Aypara: cəbhə bölgəsində yeni layihələr

© Sputnik / Tabyildyi KadyirbekovQızıl Aypara cəmiyyətinin loqotipi olan qovluq, arxiv şəkli
Qızıl Aypara cəmiyyətinin loqotipi olan qovluq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qızıl ayparaçılar gələn il cəbhə bölgəsində həyata keçirəcəkləri yeni layihələrdən danışacaqlar

BAKI, 13 may — Sputnik. Gələn il Qızıl Aypara Cəmiyyətinin 100 illiyi qeyd olunacaq. 1992 -ci ildə Xocalı soyqırımından dərhal sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi öz mandatına uyğun olaraq ölkəmizdə nümayəndəliyini açıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin tərəfdaşı kimi humanitar fəaliyyətə başlayıb.

Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı şəhərində yerləşən Baş Qərargahdan, Gənclər komitəsindən, 7 Regional Mərkəzdən (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Sabirabad, Lənkəran, Qarabağ), Naxçıvan Muxtar Respublikası Komitəsindən, 83 rayon bölməsi və iri dövlət müəssisələrində və təhsil ocaqlarında fəaliyyət göstərən bölmələrdən ibarətdir.

14 may saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Muıtimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şöbə müdiri Seymur Hümbətov və Cəmiyyətin məsul əməkdaşı Xalid Xəlilov təşkilatın önümüzdəki ildə cəbhə bölgəsində həyata keçiriləcək yeni humanitar layihələrlə bağlı fəaliyyətlərindən danışacaqlar.

Əlaqələr:

E-mail: i.velizade@rian.ru.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0