Qafqazın ən qədim məbədi

Azərbaycanda tarixi abidələr necə qorunur biz bu barədə bilirik?

84
(Yenilənib 15:39 16.04.2019)
Ölkəmizdə tarixi abidələrin necə qorunması və yeni arxeoloji tapıntılar barədə məlumatlar açıqlanacaq

BAKI, 16 aprel — Sputnik. Hər il aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Azərbaycan zəngin mədəni irsə malikdir və Azərbaycan mədəniyyətinə məxsus bir çox maddi və qeyri-maddi abidələr YUNESKO tərəfindən qorunur.

Sarı pir qəbiristanlığı
© Foto T.Əliyev tərəfindən təqdim olunub

YUNESKO-nun ümumdünya mədəni irs siyahısına İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına isə Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıqlar sənəti və Novruz bayramı daxil edilib.

Aprelin 17-si saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Azad Rzayev, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun aparıcı elmi işçisi Azad Zeynalov və digər mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbirdə Azərbaycanda tarixi abidələrin necə qorunması və yeni arxeoloji tapıntılar barədə danışılacaq.

Əlaqə üçün

Telefonlar: (012) 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, Beynəlxalq Mətbuat Mərkəzinin binasın 4-cü mərtəbəsi.

84
Teqlər:
YUNESCO, irs, abidə, tarix
Əlaqədar
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Tarixi abidələrimizin qorunması məqsədilə işçi qrupu yaradılıb
Azərbaycanda tarixi abidəyə zərər vurulub
Ağsu rayonunda tapılmış tarixi abidədən çıxanlar hər kəsi heyrətləndirdi
Brauzerdə Twitter saytının səhifəsi, arxiv şəkli

Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir

8
(Yenilənib 20:13 22.05.2020)
"Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunan onlayn sessiyanın spikeri qismində Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova çıxış edib.

BAKI, 22 may — Sputnik. Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir. Video duyğulara səbəb olmalıdır. Bu barədə SputnikPro təlim layihəsi çərçivəsində təşkil edilən vebinarda bildirilib.

Mayın 22-də "Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunan onlayn sessiya keçirilib. Bu, sosial təcrid prinsiplərinə riayət edilməsi şəraitində SputnikPro çərçivəsində keçirilən yeddinci vebinar olub.

Vebinarın spikeri qismində Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova çıxış edib.

© Photo : Courtesy of Mariya Dyakonova
Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova

Mariya 2012-ci ildən jurnalistikadadır. Moskva Dövlət Linqvistika Universitetini bitirdikdən sonra "RT" telekanalının İNOTV şöbəsində "alman və ingilisdilli KİV" istiqamətinə cavabdeh olub. Həm də "Rusiyanın səsləri" alman redaksiyası üçün reportajlar hazırlayıb. 2014-da Almaniyaya köçüb. Berlin Azad Universitetinin Kinoşünaslıq və teatrşünaslıq fakültəsini bitirib. RTVI telekanalında, eləcə də Stimme Russlands radiostansiyasının Berlin ofisində müxbir kimi çalışıb. 2015-da Ruptly komandasına qatılıb. Daha sonra nyuzorq, brodkast jurnalisti olub, Rusiyanın beynəlxalq Rupty sosial şəbəkəsində fəaliyyət göstərib. 2020-ci ildən videoagentliyin Moskva ofisində işləyir.

"Siyasət və ya sosial hekayələr yaxşı izlənilir. Video emosiya yaradarsa, tamaşaçı ona sonuna qədər baxacaq, çarxı paylaşacaq. Çox az adam videoya sonuna qədər baxır. Amma əgər ilk baxışda video tamaşaçıda emosiya yaradırsa, onun sona qədər izlənmək və paylaşılmaq şansı var", - deyə spiker onlayn-sessiyanın gedişində bildirib.

Sosial şəbəkələrdə yayılan videoçarxların hazırlanmasından danışan Mariya Dyakonova qeyd edib ki, ilk iş mütləq faktların yoxlanılması olmalıdır. Əmin olmaq lazımdır ki, hekayədə anlaşılmaz qalan məqamlar yoxdur, həmçinin orada balans və qərəzsizlik gözlənilib.

"Video mətn qarşısında prioritet olmalıdır, lakin hekayənin mənasına xələl gətirməməlidir", - deyə ekspert vurğulayıb.

Vebinarın gedişində Mariya Dyakonova fikirlərini Ruptly-nin "virus"a çevrilmiş müxtəlif video-çarxlarının nümunəsində izah edib və dinləyicilərin suallarını cavablandırıb.

Ruptly - abunəçilik əsasında xəbər videomaterialları təqdim edən Rusiya agentliyidir. RT şəbəkəsinin bir hissəsi kimi 4 aprel 2013-cü ildə yaradılıb. Ötən yeddi il ərzində dünyanın 1200 ölkəsində 106-dan çox media şirkəti onun müştərisi olub. Ruptly orta hesabla ayda 1200 video və 300 saat canlı yayım istehsal edir. Agentliyin müxbir şəbəkəsi Rusiyanın bütün regionlarında 3000 jurnalisti və Yaponiyadan Venesuelaya qədər 100-dən çox dövləti əhatə edir. Baş ofis Berlində yerləşir.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

8
Əlaqədar
Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem
Çəkmək və yazmaq: sən meydanda tək multimedia müxbiri olanda
Jurnalist universal olmalıdır
"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı
Qələbə hekayələrini yaşamaq lazımdır: SputnikPro-nun daha bir vebinarı keçirildi
Çəkliş, arxiv şəkli

Sosial şəbəkə istifadəçilərində emosiya yaradacaq videoları necə hazırlamalı

8
(Yenilənib 18:39 19.05.2020)
Ruptly saytının baş redaktoru SputnikPro-nun növbəti vebinarında jurnalistlərə auditoriyanı cəlb etmək üçün parlaq, yaddaqalan videoları necə hazırlamaq barədə məlumat verəcək.

BAKI, 19 may — Sputnik. Karantin rejimi yeni nələrinsə öyrənilməsindən və ya əvvəllər əldə edilən biliklərin dərinləşdirilməsindən imtina etmək üçün bəhanə deyil. Bu ideyanı rəhbər tutan SputnikPro təlim layihəsi hətta pandemiya şəraitində öz işini davam etdirir.

Jurnalist layihəsi çərçivəsində növbəti vebinar "Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunub.

Onlayn sessiyanın spikeri qismində Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova çıxış edəcək.

© Photo : Courtesy of Mariya Dyakonova
Mariya Dyakonova

Mariya 2012-ci ildən jurnalistikadadır. Moskva Dövlət Linqvistika Universitetini bitirdikdən sonra "RT" telekanalının İNOTV şöbəsində "alman və ingilisdilli KİV" istiqamətinə cavabdeh olub. Həm də "Rusiyanın səsləri" alman redaksiyası üçün reportajlar hazırlayıb. 2014-da Almaniyaya köçüb. Berlin Azad Universitetinin Kinoşünaslıq və teatrşünaslıq fakültəsini bitirib.

RTVI telekanalında, eləcə də Stimme Russlands radiostansiyasının Berlin ofisində müxbir kimi çalışıb. 2015-da Ruptly komandasına qatılıb. Daha sonra nyuzorq, brodkast jurnalisti olub, Rusiyanın beynəlxalq Rupty sosial şəbəkəsində fəaliyyət göstərib. 2020-ci ildən videoagentliyin Moskva ofisində işləyir.

Online sessiya zamanı spiker Ruptly videoagentliyinin jurnalistlərinin parlaq, yaddaqalan videoları necə yaratdığını izah edəcək. Sosial şəbəkələr üçün vizual storitellingin müzakirəsinə xüsusi diqqət ayrılacaq.

Mariya Dyakonova deyir: "Sosial şəbəkələr üçün hazırlanmış siyasi və sosial hekayələrdən ibarət videolar tamaşaçıda emosiya yaratmalıdır. Bir var emosional cazibə, bir də var videoçarx yaymaq arzusu".

SputnikPro-nun "Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunmuş yeddinci onlayn sessiyası mayın 22-də saat 14.00-da olacaq.

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər və fotoqraflar Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

8
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

9
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

9