Sputnik-in mətbuat mərkəzi

Ankarada Atatürkün ev muzeyini bəzəyən portreti çəkən rəssam yaradıcılığından danışacaq

59
(Yenilənib 13:46 02.04.2019)
Günay Mehdizadə Sputnik Azərbaycan-ın mətbuat mərkəzində jurnalistlərlə görüşərək öz düşüncələrini və yaradıcılıq planlarını bölüşəcək.

Bu günlərdə məşhur azərbaycanlı rəssam Günay Mehdizadə yaradıcılıq fəaliyyətinin 20 illiyini qeyd edir. Günay Mehdizadənin yaradıcılıq nümunələri təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də uğurla nümayiş etdirilir. Eyni zamanda onun çəkdiyi Atatürk portreti Ankarada Atatürkün ev muzeyindən asılıb. Hazırda rəssam yeni layihələr üzərində işləyir. O, gələcək işləri üzərində düşünür, sənətinin incəliklərini gənc nəslin nümayəndələrinə öyrədir. Aprelin ortalarında Azərbaycanın nüfuzlu nümayəndə heyəti Türkiyədə keçiriləcək beynəlxalq teatr müsabiqəsində iştirak edəcək. Azərbaycanı tərtibatçı-rəssam qismində Günay Mehdizadə təmsil edəcək.

Aprelin 3-də saat 10:30-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Günay Mehdizadə jurnalistlərlə görüşərək öz düşüncələrini və yaradıcılıq planlarını bölüşəcək.

Tədbirdə tanınmış incəsənət xadimlərinin iştirakı da gözlənilir. Sputnik-in mətbuat mərkəzində ilk dəfə olaraq rəssamın rəsmlərindən ibarət mini-sərgi olacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

59