20 Yanvar şəhidlərinin ailələrinin problemləri necə həll olunur

Faciəvi 20 yanvar hadisələri ədəbiyyatda, sənətdə dərsliklərdə

69
(Yenilənib 16:36 16.01.2019)
Necə etmək olar ki, 20 yanvar hadisələri KİV-də, ədəbiyyat və sənət dünyasında öz layiqli yerini tutsun?

BAKI, 16 yanvar — Sputnik. Yanvarın əvvəllərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Hər il yanvarın 20-də Azərbaycanda 1990-cı ilin 20 yanvarında dinc insanlara qarşı törədilmiş qətliamın ildönümü rəsmi tədbirlərlə qeyd olunur. Bu hadisə ölkənin tarixinə "Qara yanvar" kimi düşüb.

Eyni zamanda yaxın keçmişdə baş verən bu hadisələrin KİV-də, ədəbiyyatda və incəsənətdə lazımınca əksini tapmaması yaradıcı insanların diqqətini cəlb edir. Bəs bu sahədə vəziyyəti necə dəyişmək olar? Bu barədə 18 yanvar saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək dəyirmi masada söhbət açılacaq. Tədbirdə iştirak edəcəklər:

- Natiq Rəsulzadə - Azərbaycanın xalq yazıçısı,

- Qulu Məhərrəmli – Azərbaycanın əməkdar jurnalisti,

- Cənnət Səlimova – Azərbaycanın xalq artisti,

- Fərid Xayrullin – Azərbaycanın əməkdar mədəniyyət işçisi,

- İntiqam Soltan – Azərbaycanın əməkdar artisti,

- Kamran Əsədov – təhsil sahəsi üzrə ekspert

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

69