Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Ötən ilin yekunları bu ilin siyasi trendləri: politoloqlar açıqlayacaq

31
(Yenilənib 21:43 04.01.2019)
2018-ci ildə regional siyasət necə dəyişib və 2019-cu ildə Azərbaycan və Cənubi Qafqazda hansı siyasi trendlər aktual olacaq: politoloqlar şərh edəcək

BAKI, 4 yanvar — Sputnik. 2018-ci il vacib siyasi hadisələrlə dolu olub. Onların arasında Azərbaycanda keçirilən prezident seçkiləri, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, TANAP boru kəmərinin və Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılması ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyıb. Qonşu Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanda da prezident və parlament seçkiləri keçirilib ki, onlar da bütövlükdə regiona təsirini göstərib.

2018-ci ildə regional siyasət necə dəyişib və 2019-cu ildə Azərbaycan və Cənubi Qafqazda hansı siyasi trendlər aktual olacaq, bu barədə 9 yanvar saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 60-cı iclasında politoloqlar - Fikrət Sadıxov, Arzu Nağıyev, Elxan Şahinoğlu, Zaur Məmmədov, Nadir Şəfiyev danışacaqlar. Moderator politoloq İlqar Vəlizadə olacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

31