Пресс-конференция посвященная Дню молодежи Азербайджана

Dilin normalarının korlanması müzakirə olunacaq

35
Xarici filmlərin dublyajının keyfiyyətinin yüksəldilməsi və sözügedən sahələrdə Azərbaycan dilinin təbliğatının gücləndirilməsi ilə bağlı Dəyirmi Masa olacaq

Biz tez-tez televiziyalarda, radiolarda, reklam lövhələrində, billboard-larda, xarici filmlərin dublyajlarında Azərbaycan dilinin ədəbi normalarının kobud şəkildə pozulduğunun şahidi oluruq. Azərbaycan dilinin zəngin söz ehtiyatına malik olmasına baxmayaraq, biz hələ də dublyajlarda başqa dillərdəki söz və ifadələrdən, ləhcələrdən istifadənin şahidi oluruq. Bir çox hallarda söz və ifadələrin tələffüzündə qüsurlara, ləhcə və dialektlərdən istifadə hallarına da rast gəlirik. Dövlət dilinin ictimai sahələrdə düzgün tətbiqinin səviyyəsini qaldırmaq üçün prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman verib.

Xarici filmlərin dublyajının keyfiyyətinin yüksəldilməsi və sözügedən sahələrdə Azərbaycan dilinin təbliğatının gücləndirilməsi ilə bağlı dekabrın 21-də saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Dəyirmi Masa keçiriləcək. Dəyirmi Masada "CinemaPlus" kinoteatrlar şəbəkəsinin repertuarının planlaşdırılması üzrə direktoru və Müşahidə Şurasının üzvü, "Cinemazadeh" studiyasının baş prodüseri və "Cinema Distrubution" distribütor şirkətinin baş direktoru Cəfər Axundzadə, Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının artisti Zemfira Abdulsəmədova, AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov, Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli iştirak edəcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

35