Xəzər dənizi

Xəzərdə suyun səviyyəsi sürətlə enir: Alimlər səbəbləri açıqlayacaq

48
(Yenilənib 15:12 26.11.2018)
Alimlərin fikrincə, 1996-cı ildən başlayaraq Xəzər dənizində suyun səviyyəsi hər il 7 santimetr azalır

BAKI, 26 noyabr — Sputnik.  Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və bunun qarşısının alınması ilə bağlı görülməli olan tədbirlər müzakirəyə çıxarılacaq

Dünyanın ən böyük gölü olan Xəzər dənizi intensiv olaraq buxarlanır. Onun buxarlanmasına səbəb qlobal istiləşmədir. Belə ki, suyun səthinin temperaturu 1 dərəcə artıb. Alimlərin fikrincə, 1996-cı ildən başlayaraq Xəzər dənizində suyun səviyyəsi hər il 7 santimetr azalır. 2015-ci ildə isə suyun səviyyəsi 1,5 metr enib. Bu proses hazırda sürətlə davam edir.

Bu vəziyyətin real səbəbləri və dənizdə suyun səviyyəsinin aşağı enməsinin qarşısının alınması üçün hansı tədbirlərin görülməsinin zəruri olduğu barədə 29 noyabr, saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində AMEA-nın Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin redaksiyası.

48
Teqlər:
azalma, səviyyə, Xəzər dənizi, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi
Xəzər dənizi, arxiv şəkli

Pandemiya dövründə Xəzərin perspektivləri

20
Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə tədbir keçiriləcək.

Avqustun 12-si Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur. Pandemiyadan əvvəlki dövrdə həmin gündə regional problemlərin müzakirəsinə həsr olunmuş böyük sammit və konfranslar təşkil edilirdi. Yeni şəraitdə tərəflər əməkdaşlığın perspektivlərini onlayn rejimdə nəzərdən keçirməkdə davam edirlər.

Bununla belə, karantin tədbirlərinin tətbiqinə və region ölkələri arasında birbaşa əlaqələrin məhdudlaşdırılmasına baxmayaraq, Xəzərdə yük dövriyyəsi inkişaf etməkdə davam edir. Resurs bazasının iqtisadi mənimsənilməsi də dayanmır, iri beynəlxalq enerji layihələri həyata keçirilir.

Bu gün Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə avqustun 14-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Bakı-Nur-Sultan-Moskva onlayn videokörpüsündə danışacaqlar:

Bakıda:

- Bakı Dövlət Univesitetinin professoru, İqtisadi coğrafiya kafedrasının müdiri, elmlər doktoru Çingiz İsmayılov;

Nur-Sultanda:

- Qazaxıstan Respublikasının İlk Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutunun eksperti Jumabek Sarabekov;

Moskvada:

- Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa bölgələrinin Öyrənilməsi Mərkəzinin elmi işçisi Stanislav Pritçin.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

20
Jurnalistlər brifinq zamanı, arxiv şəkli

"Rossiya seqodnya"nın mətbəxində baş verir?

441
(Yenilənib 16:54 10.08.2020)
Onlayn-sessiyanın iştirakçıları müasir jurnalistlərin işinin nüanslarını, təcili xəbərlərin necə hazırlandığını və nəşr olunan hər bir sözə görə KİV-in məsuliyyətinin nədən ibarət olduğunu müzakirə ediblər.

BAKI, 10 avqust — Sputnik. Dəqiqlik, eksklüzivlik, sürət - "Rossiya seqodnya" BİA-nın "mətbəxi"ndəki əsas "inqrediyentlər" bunlardır. Bu barədə SputnikPro maarifləndirmə layihəsi çərçivəsində ""Rossiya seqodnya" BİA-nın "Redaksiya mətbəxi". Peşəkar bacarığın sirləri" mövzusunda keçirilən növbəti onlayn vebinarda bildirilib.

Vebinarın spikeri "Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev olub. Onlayn sessiya zamanı o, müxtəlif ölkələrdən olan dinləyicilərə agentliyin jurnalistlərinin əsas iş prinsipləri barədə məlumat verib.

© Sputnik / Ramil Sitdikov
"Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev

"Maksimum dəqiq olmaq, yalnız sübut olunmuş məlumatları vermək, yalan cəhdlərinə qarşı durmaq, dairəni daim genişləndirmək, ən başlıcası isə başqalarının susduqlarından danışmaq lazımdır. Redaksiya siyasətinin məhz bu hissəsi bizə Sputnik-in təmsil olunduğu xarici ölkələrdə oxucuları tez bir zamanda əldə etməyə imkan verdi", - deyə Dmitri Qornostayev bildirib. O vurğulayıb ki, müxbirlər dərc olunan məlumatların düzgünlüyünə görə həmişə böyük məsuliyyət daşıyırlar.

"Bu, o cümlədən KİV haqqında qanuna görə də məsuliyyətdir. Buna görə də biz məlumatı həmişə yoxlayır və yenidən yoxlayırıq", - deyə o, bildirib.

Jurnalistin iş qrafiki ilə bağlı mövzuya toxunan mütəxəssis qeyd edib ki, onun belə bir qrafiki yoxdur.

"Əgər təcili xəbər, böyük hadisə - terror, fəlakət, inqilab, çevriliş və s. varsa, hətta məzuniyyətdə olduğumuzu belə yaddan çıxarırıq. Tutaq ki, jurnalist hansısa bir regiona görə məsuliyyət daşıyırsa və orada belə bir hadisə baş verərsə, onu məzuniyyətdən ayıra və baş verənləri işıqlandırmaq üçün hadisə yerinə göndərə bilərik", - deyə baş redaktorun müavini bildirib.

"Jurnalist subyektiv olmağı, şəxsi mövqeyini, münasibətini ifadə etməyi özünə rəva bilməməlidir. O, yalnız ötürə bilər. Biz deyə bilmərik ki, bu iş yaxşıdır, o isə pisdir. Biz yazırıq ki, filankəs belə deyib, vəssalam", - deyə o bildirib.

"Xəbər istehsalı zamanı əsas məsələ birinci və ən yaxşı olmaqdır", – Dmitri Qornostayev xatırladıb.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

441
Əlaqədar
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
Əlahəzrət reklam və ya brend kontenti necə yaratmalı
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Səhv etmək hüququ olmadan, canlı efirdə müsahibəni necə götürmək olar - Vebinar
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"

17
(Yenilənib 14:06 14.08.2020)
"Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub. Sputnik Azərbaycan xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sukar: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sukar söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sukar Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi".

17
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Ermənistanda gözlənilməz istefalar
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"
Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"