SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin Belarus səfərindən nə gözlənilir

© AZƏRTACİlham Əliyev və Aleksandr Lukaşenko
İlham Əliyev və Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyevin Belarus səfərinə həsr olunmuş videokörpü olacaq

BAKI, 15 noyabr — Sputnik. Gələn həftə Azərbaycan prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri planlaşdırılıb. İki ölkə arasında ənənəvi dostluq münasibətləri mövcuddur və səfər zamanı ikitərəfli dialoqun intensivləşməsinə imkan verən yeni müqavilələrin bağlanacağı gözlənilir.

İki ölkənin əlaqələri necə inkişaf edir, bu səfər regiondakı siyasi münasibətlərin formalaşmasına necə təsir göstərəcək və hər iki ölkənin həyatında nə dərəcədə vacib rol oynayacaq? Bu suallara 16 noyabr saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən videokörpüdə cavab veriləcək.

İştirak edəcəklər:

Bakıda:

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov,

Minskdə:

"Aktual konsepsiya" informasiya və təhsil müəssisəsinin direktoru Aleksandr Şpakovski.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin redaksiyası.

Xəbər lenti
0