Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

İqtisadçılar gələn ilin dövlət büdcəsini müzakirə edəcəklər

© AZƏRTACNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 8 noyabr saat 12:00-da dəyirmi masa keçiriləcək

BAKI, 2 noyabr — Sputnik. Nazirlər Kabineti hələ sentyabrda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə bağlı müsbət qərar qəbul edib.

Gələn ilin dövlət büdcəsi cari il üçün dövlət büdcəsindən nə ilə fərqlənməsi, həmçinin büdcədən xərcləri ilə bağlı planlaşdırılan dəyişikliklər barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 8 noyabr saat 12:00-da baş tutacaq dəyirmi masada danışacaqlar:

- "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev,

- İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev,

- Rusiya iqtisadiyyat məktəbinin direktor müavini, professor Elşad Məmmədov,

- Sputnik Azərbaycanın iqtisadi təhlilçisi Fuad Əlizadə.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0