Müəllimlərin imtahanı, arxiv şəkli

Müasir müəllim necə olmalıdır: problemlər həlli yolları

79
(Yenilənib 17:20 02.10.2018)
Tədbirdə təhsil sahəsinin ekspertləri - Şahlar Əsgərov, Nadir İsrafilov, Məlahət Mürşüdlü və Kamran Əsədov iştirak edəcəklər

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda müəllimlərin sayı 150 min nəfərə qədərdir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, ildən ilə bu peşənin nüfuzu artmaqdadır. Eyni zamanda valideyn və şagirdlər arasında bəzi müəllimlərin işinin keyfiyyəti ilə bağlı narazılıqlar eşidilir.

Bütün bunlar niyə baş verir, bu gün Azərbaycan müəlliminin yükü nədən ibarətdir və digər məsələlər Müəllimlər Günündə — 5 oktyabr saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində müzakirə ediləcək.

Tədbirdə təhsil sahəsinin ekspertləri — Şahlar Əsgərov, Nadir İsrafilov, Məlahət Mürşüdlü və Kamran Əsədov iştirak edəcəklər.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

79
Teqlər:
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, valideyn, şagird, müəllim, müzakirə