Анкара

Bakı-Ankara münasibətləri: müasirliyə çevrilmiş tarix

36
(Yenilənib 18:58 14.09.2018)
Siyasi icmalçılar və ekspertlər Azərbaycan-Türkiyə münasibətləri barədə fikir yürüdəcəklər

Bu gün Azərbaycanda və bölgədə ən çox müzakirə olunan mövzulardan biri Türkiyə-Azərbaycan münasibətləridir. İqtisadi sahədə artan əməkdaşlıq, genişlənən hərbi-texniki əlaqələr bir çox ekspertlərin fikrincə, möhkəm tarixi əsaslara söykənir. Məhz bu istiqamətlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin əsasını təşkil edir.

Müasir Türkiyə-Azərbaycan əməkdaşlığının əsasında nələrin dayandığı, tarixin iki ölkənin qarşılıqlı fəaliyyətinin əsas vektorunun formalaşmasına necə təsir etməsi barədə sentyabrın 17-də 12.00-da Sputnik Azərbaycan Multimedia mərkəzində keçiriləcək dəyirmi masanın gedişində danışacaqlar:

— Rizvan Hüseynov – Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı,

— Firdovsiyyə Əhmədova — tarix elmləri doktoru,

— Natiq Məmmədzadə – AMEA Tarix institutunun şöbə müdiri.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

36