Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Moskva-Bakı videokörpüsü təşkil olunacaq

© Sputnik / Alexei Druzhininİlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-Rusiya münasibətlərinin hansı inkişaf mərhələsinə daxil olduğu müzakirə ediləcək

BAKI, 6 sentyabr — Sputnik. Məlum olduğu kimi sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri baş tutub. Müşahidəçilərin əksəriyyətinin fikrincə, səfər ikitərəfli əməkdaşlığın faktiki olaraq bütün aspektlərini əhatə edib və iki ölkə arasında yaxın perspektivdə əlaqələrin inkişafına təkan verəcək stimul rolunu oynayıb.

Azərbaycan-Rusiya münasibətlərinin hansı inkişaf mərhələsinə daxil olduğu və səfər zamanı əldə olunan nəticələr əsasında hansı perspektivlərin gözlənildiyi barədə 10 sentyabr saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Moskva-Bakı videokörpüsündə danışılacaq. İştirak edəcəklər:

Bakıda

— Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rasim Musabəyov,

Moskvada

— Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0