Мультимедийный пресс-центр Sputnik Азербайджан

Dağlıq Qarabağda sülhü necə yaxınlaşdırmalı?

53
(Yenilənib 14:02 26.07.2018)
"Təklif var idi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində, ya da ondan əvvəl görüş olsun"

Dağlıq Qarabağda sülhü necə yaxınlaşdırmalı? Hər dəfə Dağlıq Qarabağla bağlı münaqişə tərəflərinin yüksək vəzifəli şəxsləri arasında görüşün keçiriləcəyi və qarşıdurmanın kəskinləşdiyi barədə növbəti məlumatlar yayılanda, bu sualı daha çox insan verməyə başlayır. Bu günlərdə yaxın zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə məlumatlar yayılıb.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransı zamanı açıqlama verib.

Onun sözlərinə görə, görüş sentyabr ayında baş tuta bilər.

"Təklif var idi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində, ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli — baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi danışıqlar prosesi ilə tanış olmaq üçün vaxt istəyib" — deyə Məmmədyarov bildirib.

Bu görüşdən nə gözləmək mümkündür? Bu suala 27 iyun saat 14:00 tarixində "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Dağlıq Qarabağda sülhü necə yaxınlaşdırmalı?" mövzusunda dəyirmi masada cavab veriləcək. İştirak edəcəklər:

— "Geostrategiya" jurnalının baş redaktoru İbrahim Əliyev,

— Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət,

— "Trend" İnformasiya Agentliyinin baş redaktor müavini, politoloq Arzu Nağıyev,

— Milli QHT Forumunun prezidenti Rauf Zeyni.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək. Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

53
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

59
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

59
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

70
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

70
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Mixail Qorbaçov

Qorbaçovu artıq qohumları da ziyarət etmirlər

0
(Yenilənib 19:45 05.12.2020)
Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

BAKI, 5 dekabr - Sputnik. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu artıq qohumları ziyarət etmirlər. İndi onun üçün ən yaxın adam köməkçisi olub. Sputnik Azərbaycan bildirir ki, "MK"nın jurnalistləri Vitali Manskinin "Qorbaçov. Cənnət" filminə baxandan sonra bu qənaətə gəliblər. 

Qorbaçov hökumətin ömürlük istifadə üçün ayırdığı xidməti evdə tək yaşayır. Bina mühafizə olunur və hündür hasarla əhatə olunub. 

Filmdə Qorbaçov etiraf edir ki, nəvələri ona baş çəkmirlər. Qocalmış siyasətçinin durumu elə də yaxşı deyil, kreslodan güclə qalxır və xüsusi qurğunun hesabına hərəkət edir. İkinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edir, əks halda yataq otağına getmək üçün bir saat sərf etməli olur. 

 

Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

Uzun illər Qorbaçovla işləyən Pavel Palajçenko onun niyə qohumlarıyla görüşmədiyini izah edib. Onun sözlərinə görə, Qorbaçov koronavirusa yoluxmaqdan qorxduğundan özünütəcriddədir. 

"İndi kim gəlir ki? İndi təyyarələr uçmur, ona görə", - Palajçenko deyib. 

Onun sözlərinə görə, emidemioloji situasiya yaxşılaşan kimi qohumları mütləq Qorbaçova baş çəkəcəklər.

0
Teqlər:
qohumlar, Rusiya, Mixail Qorbaçov