Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Böyük Avrasiya məkanında iqtisadi layihələrin inkişaf perspektivləri müzakirə ediləcək

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
"Böyük Avrasiya məkanında iqtisadi layihələrin inkişaf perspektivləri: Xəzər müstəvisi" mövzusunda dəyirmi masa olacaq

BAKI, 23 iyun — Sputnik. Son illər ticarət-iqtisadi sahədə Rusiya-Azərbaycan əməkdaşlığı digər regional tərəfdaşlarla birlikdə qarşılıqlı əlaqələrə və genişmiqyaslı dialoqa çevrilib.

İkili qarşılıqlı əlaqələrin hazırkı mərhələsinin koordinatlarını təyin etmək üçün Rusiya və Azərbaycan ekspertləri "Böyük Avrasiya məkanında iqtisadi layihələrin inkişaf perspektivləri: Xəzər müstəvisi" mövzusunda keçiriləcək dəyirmi masaya toplaşacaqlar.

Tədbir 27 iyun saat 11.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində olacaq. İştirak edəcəklər:

Sergey Masaulov — Perspektiv Tədqiqatlar Mərkəzinin rəhbəri,

Kseniya Tyurenkova — Həştərxan Dövlət Universitetinin Beynəlxalq Hüquq kafedrasının dosenti,

Yekaterina Şişkina, "Sodrujestvo" press-klubunun saytının baş redaktoru,

Elşad Məmmədov — professor, UNEC-in Rus iqtisad Məktəbinin direktor müavini,

Fuad Əlizadə — "Sputnik Azərbaycan"ın iqtisadi şərhçisi.

Tədbirə skayp vasitəsilə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayevin qatılması planlaşdırılır.

Əlaqə üçün

Telefon: (012) 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi (Mətbuat prospekti, 529-cu məhəllə, bina 23m, 4-cü mərtəbə)

Xəbər lenti
0