Sputnik Media Mərkəzi

Məşhur rus hərbi eksperti Yuri Korotçenko ilə videokörpü olacaq

37
(Yenilənib 14:28 18.05.2018)
Azərbaycanlı jurnalistlərin bu istiqamətdə suallarını mayın 23-də saat 12:00-da Rusiyanın məşhur hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru Yuri Korotçenko cavablandıracaq

BAKI, 18 may — Sputnik. Son illərdə Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı ikitərəfli münasibətlərin ayrıca istiqamətinə çevrilib.

Bu, regional və beynəlxalq siyasətdə getdikcə artmaqda olan çaxnaşmaların fonunda tərəflər arasındakı münasibətlərdə yüksək etimadın göstəricisidir.

Gələcəkdə bu istiqamətdə inkişaf, Rusiya və Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin olunmasında birgə fəaliyyət imkanları Bakı-Moskva videokörpüsündə müzakirə ediləcək. Azərbaycanlı jurnalistlərin bu istiqamətdə suallarını mayın 23-də saat 12:00-da Rusiyanın məşhur hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru Yuri Korotçenko cavablandıracaq.

Əlaqə vasitələri:

Ünvan: "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

37
Əlaqədar
Videokörpü: Mövzu "Cəbhə xatirələri"dir
Beynəlxalq Könüllülər Günü ilə bağlı videokörpü olacaq
Ümumdünya Turizm Günü ilə bağlı videokörpü olacaq
Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş videokörpü olacaq
28 May – Respublika Gününə həsr olunmuş videokörpü olacaq