Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan, Rusiya və Ermənistan: Regionumuz seçkidən sonra

© AZƏRTACSeçki bülleten sayma
Seçki bülleten sayma - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar seçkilərlə bağlı baş verən proseslərin regional siyasətə necə təsir göstərəcəyi barədə "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində danışacaqlar

BAKI, 13 aprel — Sputnik. Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi və hazırkı prezident İlham Əliyev inamlı qələbə qazandı. Seçki ərəfəsindəki prosesləri müşahidə edən ekspertlər o qənaətə gəliblər ki, Azərbaycanda müşahidə edilən siyasi sabitlik beynəlxalq və regional siyasətdəki qeyri-sabitlikliklə uyğun gəlmir.

Ölkəmizdəki cari vəziyyət qiymətləndirilərkən tez-tez Rusiyada keçirilən son prezident seçkiləri və erməni siyasətində tranzit dövrünün tamamlanması ilə paralellər aparılır.

Seçkilərlə bağlı baş verən proseslərin regional siyasətə necə təsir göstərəcəyi barədə 16 aprel saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 56-cı iclasında bu politoloqlar danışacaqlar:

Oleq Kuznetsov – rusiyalı tarixçi,

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru,

Modertor politoloq İlqar Vəlizadə

Əlaqə üçün:

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0