Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Novruz bayramı günlərində turistləri Azərbaycanda nə gözləyir

© Sputnik / Murad OrujovПраздничное шествие в преддверии Новруза
Праздничное шествие в преддверии Новруза - Sputnik Azərbaycan
Abunə olmaq
"Novruz bayramı günlərində rusiyalı turistləri Azərbaycanda nə gözləyir?" mövzusunda Bakı-Moskva videokörpüsü olacaq

Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı sənədin 49-cu bəndinə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə qəbul olunub. Qətnamədə martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.

Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, "yeni gün" mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram artıq 3 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini alqışlayıb.

Bu bayramın qeyd olunduğu ölkələrdə Novruz şənlikləri bir neçə gün davam edir. Həmin günlər etnik mədəniyyətin nümayişinə yaxşı fürsət olan etnik turizm üçün də əlverişli imkan yaranır.

Həmin günlərdə Azərbaycanı Rusiya və digər ölkələrdən olan minlərlə turist ziyarət edəcək. Onlara yeni marşrutlar, turizm xidmətlərinin yeni növləri təklif olunacaq.

Milli turizm xidmətləri və şirkətləri yerli və xarici turistlər üçün hansı yenilikləri hazırlayıblar, rusiyalı turistlərin bizim ölkəyə marağı nə dərəcədə yüksəkdir və bunu şərtləndirən başlıca səbəblər nədir? Bu məsələlər 19 mart saat 15:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Novruz bayramı günlərində rusiyalı turistləri Azərbaycanda nə gözləyir?" mövzusunda keçiriləcək Bakı-Moskva videokörpüsündə müzakirə ediləcək.

Videokörpüdə iştirak edəcəklər:

Bakıda:

— Milli Turizm Təbliğat Bürosunun (MTTB) direktoru Fuad Nağıyev

— Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə

Moskvada:

— "Rosturizm" Beynəlxalq Əməkdaşlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Sergey Teodoroviç

Əlaqə vasitələri:

Ünvan: "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0