Futbol meydançası

"Dostluq üçün futbol" layihəsi təqdim ediləcək

57
(Yenilənib 16:11 15.03.2018)
Azərbaycan uşaqlar arasında futbolun inkişafına və müxtəlif ölkələrin gəncləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edən layihəyə qatılacaq

BAKI, 15 mart — Sputnik. Artıq bir neçə ildir ki, "Dostluq üçün futbol" (Football For Friendship) Beynəlxalq Uşaq Sosial Proqramı reallaşdırılır. Layihə "Qazprom-uşaqlar" Qlobal Uşaq Sosial Proqramı çərçivəsində "Qazprom" İSC-nin himayədarlığı ilə 2013-cü ildən həyata keçirilir və müxtəlif millətlərdən, cinslərdən, fiziki imkanlardan ibarət uşaqları birləşdirir.

Bu proqram uşaq futbolunu inkişaf etdirərək gənclər arasında idmanı və sağlam həyat tərzini populyarlaşdırmağa, müxtəlif ölkələrdən olan uşaqlarda digər xalqlara, mədəniyyətlərə ehtiram və tolerantlığı tərbiyə etməyə istiqamətlənib.

Layihədə iştirak edən ölkələrin siyahısına Azərbaycan da daxildir. Bununla əlaqədar olaraq 16 mart saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Dostluq üçün futbol" Beynəlxalq layihəsində iştirak edən Azərbaycanın gənc futboçularının təqdimatı olacaq.

Tədbirdə bu şəxslər iştirak edəcək:

— Layihənin təşkilat komitəsinin nümayəndəsi Amina Konurbayeva;

— "Football For Friendship"in Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimov.

Əlaqə vasitələri:

Ünvan: "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

57
Teqlər:
"Qazprom-uşaqlar" Qlobal Uşaq Sosial Proqramı, "Qazprom-uşaqlar", "Dostluq üçün futbol"
Əlaqədar
"Dostluq üçün futbol"da Azərbaycanı kim təmsil edəcək
Futbol üzrə dünya çempionatının himni təqdim edilib - VİDEO
Millət vəkillərimiz kollektiv şəkildə futbol yarışına çıxacaqlar
Futbol klubu rəhbərliyindən oyunçulara qəribə qadağa
Azərbaycanlı istehkamçılar

Minalanmış ərazilərin xəritəsi minalardan zərər çəkmiş insanlara necə yardım etməli

277
(Yenilənib 21:36 09.06.2021)
Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində minalardan təmizlənmə işinin necə həyata keçirildiyi, minalanmış ərazilərin xəritəsinin Ermənistandan Azərbaycana verilməsinin aktuallığı və digər məsələlərdən danışılacaq.

İyunun 4-də Azərbaycanın erməni işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində iki media nümayəndəsi və bir dövlət məmuru həlak oldu. Bu faciəli hadisə bir daha ictimaiyyətin diqqətini erməni tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi məsələsinə cəlb etdi.

Demək olar ki, hər həftə rayonlarda həm mülki şəxslər, həm də hərbçilər minaya düşür. Aprel ayının sonlarında Minaların Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi Samir Poladov bəyan etdi ki, indiyə qədər 50 nəfər minaya düşüb və onlardan 18 nəfəri həlak olub. Ancaq bu rəqəm durmadan artır.

İşğaldan azad olunmuş rayonlardakı vəziyyət yalnız dövlət təşkilatlarının deyil, həm də ictimai qurumların diqqət mərkəzindədir.

İyunun 11-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal minalardan təmizlənmə işinin necə həyata keçirildiyi, minalanmış ərazilərin xəritəsinin Ermənistandan Azərbaycana verilməsinin aktuallığı, azad edilmiş ərazilərə icazəsiz səfər etməkdən çəkinməyin zəruriliyi, habelə əlilliyə dair qanun layihəsinin qiymətləndirilməsi, eləcə də, müharibə veteranlarına, həmçinin mina partlaması nəticəsində zərər çəkmiş şəxslərə əlilliyin verilməsi məsələləri barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə üçün telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

277
Bakıda çimərlikdə uşaq, arxiv şəkli

Uşaqlar özləri, böyüklər gələcək barədə - Sputnik Azərbaycan-da mətbuat konfransı

29
Azərbaycanda 18 yaşınadək uşaqların sayı çoxdur, ölkənin ümumi əhalisinin 35%-ni azyaşlılar təşkil edir. Ancaq təəssüf ki, başqa ölkələrdə olduğu kimi, bizdə də bütün uşaqlar insan həyatının bu ən qayğısız dövrünü heç də xoşbəxt keçirmir.

 

BAKI, 26 may — Sputnik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci il iyunun 1-də dünyanın 51 ölkəsində qeyd olunub və cəmiyyətin diqqətini azyaşlıların ən aktual problemlərinə yönəltmək məqsədi daşıyır. Həmin gün 1949-cu ilin noyabr ayında Beynəlxalq Demokratik Qadınlar Federasiyasının sessiyasında qəbul edilmiş qərar əsasında təsis olunub.

Azərbaycanda 18 yaşınadək uşaqların sayı çoxdur, ölkənin ümumi əhalisinin 35%-ni azyaşlılar təşkil edir. Ancaq təəssüf ki, başqa ölkələrdə olduğu kimi, bizdə də bütün uşaqlar insan həyatının bu ən qayğısız dövrünü heç də xoşbəxt keçirmirlər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, adətən, uşaqların problemləri, uşaq hüquqlarının müdafiəsi məsələləri gündəmə gəlir. Böyüklərin uşaq problemləri barədə nə fikirləşdikləri az-çox hamıya aydındır. Bəs uşaqların özlərinin bu barədə nə düşündüklərindən xəbərimiz varmı?

Bu sualın cavabını elə uşaqlarla bir yerdə aydınlaşdırmağa çalışacağıq.

– David Orucov – (məktəbəqədər)

– Səma İmanzadə (məktəbəqədər)

– Cahid İsgəndərzadə (məktəbəqədər)

– Toğrul Balıyev (1-ci sinif şagirdi)

– Əmir Cavad (1-ci sinif şagirdi)

– Daniyal Mustafayev (2-ci sinif şagirdi)

– Emil Orucov (2-ci sinif şagirdi)

– İnci İmanzadə (3-cü sinif şagirdi)

– Alsu Orucəliyeva (5-ci sinif şagirdi)

Mayın 31-i saat 11:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzinə gələrək böyüklərin qəliz və maraqlı suallarına cavab verəcəklər.

Bu sevimli balalara suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

29
Teqlər:
Sputnik Azərbaycan, mətbuat konfransı, uşaqlar
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Bakıdan Şuşa səfəri ilə bağlı Yerevana sərt cavab Həddiniz deyil

4
(Yenilənib 11:27 16.06.2021)
Azərbaycanın xarici siyasət idarəsi Ermənistan XİN-ə qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etməməyi məsləhət görüb.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlamış sualı və XİN sözçüsünün cavabını təqdim edir:

- Ermənistan XİN-i Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu səfəri sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və "Türk-Azərbaycan təcavüzü" ifadəsini işlədib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.

- Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Həmçinin oxuyun:

Cənab Putin də bu cür fədakarlığa hazırdır - Ərdoğan

Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

4