Türkmənçay müqaviləsinin imzalanma mərasimi, rəssam  Vladimir Moshkov

Türkmənçay müqaviləsinin 190 illiyi onun tarixi nəticələri

109
(Yenilənib 10:00 14.02.2018)
Rusiya imperiyası ilə İran arasında 1826—1828-ci illər rus-fars müharibəsinin yekunlarına həsr olunmuş Türkmənçay sülh müqaviləsi 10 (22) fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb

Rusiya imperiyası ilə İran arasında 1826—1828-ci illər rus-fars müharibəsinin yekunlarına həsr olunmuş Türkmənçay sülh müqaviləsi 10 (22) fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb. Müqavilənin şərtlərinə görə, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiya İmperiyasına verilib.

Bu sazişin tarixi əhəmiyyəti və onun müasir Azərbaycan tarixinə təsiri ilə bağlı 15 fevral saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanın tanınmış tarixçiləri — tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və tarix elmləri doktoru Firdovsiyyə Əhmədova danışacaqlar. Tədbirdə siyasi elmlər namizədi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, həmçinin Azərbaycan ali məktəblərinin tələbələri iştirak edəcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

109
Teqlər:
tarixi nəticələr, Rusiya imperiyası, Türkmənçay müqaviləsi, İran
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

55
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

55
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

70
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

70
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Hadisə yerində

İran nüvə alimini öldürənləri müəyyənləşdirdiklərini bəyan etdi

0
(Yenilənib 17:24 30.11.2020)
Bu elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var.

BAKI, 30 noyabr — Sputnik. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Əli Şamhani rəsmi Tehranın nüvə üzrə alim Möhsün Fəxrizadənin ölümünü kimin təşkil etdiyini müəyyənləşdirdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir.

"Bu, elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var. Eyni zamanda bunu kimin planlaşdırdığını bilirik, onun keçmişi bəllidir", - deyə Şamhani qeyd edib.

Onun sözlərinə görə, bu hadisədə İsrail və "Mossad", həmçinin İranda qadağan olunan "İran Xalqının Mücahidləri Təşkilatı" da rol oynayıb.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış ediblər.

0
Teqlər:
qətl, nüvə, fizik, alim, İran