Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

MDB ölkələri radikal ideologiya ilə necə mübarizə aparır

© Sputnik / Aleksey NikolskyЭмблема Содружества Независимых Государств
Эмблема Содружества Независимых Государств - Sputnik Azərbaycan
Abunə olmaq
Son aylarda Yaxın Şərqdə terrorçular və ekstremist təşkilatlara qarşı aparılan uğurlu hərbi əməliyyatların fonunda terror qruplaşmalarına qatılan döyüşçülərin öz ölkələrinə qayıtması prosesi izlənilir.

Bu proses MDB ölkələrində necə baş verir, hüquq-mühafizə orqanları tərəfindən hansı profilaktik tədbirlər görülür və nəticələr necədir? Bu barədə 6 fevral saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Moskva-Astana-Bişkek-Minsk-Kişinyov videokörpüsündə bəhs ediləcək. 

İştirak edəcəklər:

Bakıda:

— Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev;

Digər paytaxtlarda təhlükəsizlik sahəsinin ekspertləri və mütəxəssislər.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0