Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan Vikipediasının bugünkü vəziyyəti necədir

Abunə olmaq
Beynəlxalq Vikipedia günündə Azərbaycan Vikipediasının inkişaf yolu müzakirə ediləcək

BAKI, 10 yanvar — Sputnik. Yanvarın 15-də Beynəlxalq Vikipedia Günü qeyd olunur. Bu virtual ensiklopediyanın bir çox resursu arasında Azərbaycan milli seqmenti də nisbətən inkişaf edib. Hər ay ora yeni məlumatlar daxil edilir. Planetimizin müxtəlif guşələrindəki milyonlarla insan Azərbaycan, onun tarixi, bü günü, təbiəti, adət-ənənləri, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri və s. barədə buradan məlumat əldə edir.

Azərbaycan Vikipediasının bu günü və yeni layihələr barədə 12 yanvar saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Beynəlxalq Vikipedia günündə Azərbaycan Vikipediasının inkişaf yolu" mövzusundakı tədbirdə Vikipedianın milli versiyasının koordinatoru, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk və AMEA MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri Günay Məmmədova danışacaq.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0