Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan ekspertləri 2017-ci ilin yekunlarını qiymətləndirəcəklər

© Sputnik/ Мурад ОруджевМеждународный пресс-центр Sputnik
Международный пресс-центр Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar və gənclərin iştirakı ilə 2017-ci ilin siyasi yekunları müzakirəyə çıxarılacaq

2017-ci il başa çatmaq üzrədir. Bununla əlaqədar olaraq "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində əsasən məşhur ekspertlər və ölkənin ali təhsil ocaqlarını əhatə edən gənclər formatında görüşün keçirilməsi təşəbbüsü irəli sürülüb.

22 dekabr saat 13:00-da sözügedən formatda, AR Prezdenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun, həmçinin tədbirin təşkilatçıları — politoloqlar Zaur Məmmədov və Zaur İbrahimlinin iştirakı ilə görüş keçiriləcək.

Tədbir zamanı gənclər nəinki mütəxəssisləri dinləmək və onlara sual vermək imkanı əldə edəcəklər, həmçinin gündəlikdə müzakirə olunan aktual məsələlərlə bağlı öz fikirlərini bölüşə biləcəklər.

Görüşdə yola salmaqda olduğumuz 2017-ci ilin siyasi yekunları, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış situasiya, əsas regional aktorlarla qarşılıqlı münasibətlər və Azərbaycanda İslam Həmrəyliyi ilinin başa çatması fonunda islam dünyasındakı cari vəziyyət müzakirə ediləcək.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0