Xəzər dənizinin kosmosdan çəkilişi

Xəzər beşliyini nələr gözləyir?

57
(Yenilənib 15:16 04.12.2017)
Xəzər dənizinin siyasi və hüquqi statusunun müəyyən edilməsi ilə bağlı proses necə gedir və yekun nəticələr Xəzər beşliyi üçün hansı perspektivləri vəd edir

BAKI, 4 dekabr — Sputnik. 4-5 dekabr tarixlərində Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı olacaq. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri artıq yeddinci dəfədir toplaşırlar.

Görüşlə bağlı yayılmış bəyanata görə, nazirlər əsas diqqəti Xəzər dənizinin Hüquqi Statusu haqqında Konvensiyaya, Xəzərdə müxtəlif sahələrə — başda itqisadiyyat olmaqla, nəqliyyat, hərbi dənizçilik, brakonyerliklə mübarizə, naviqasiya təhlükəsizliyi və digər məsələlərə dair beştərəfli əməkdaşlığın tənzimlənməsinə yönəldəcəklər.

Xəzər dənizinin siyasi və hüquqi statusunun müəyyən edilməsi ilə bağlı proses necə gedir və yekun nəticələr Xəzər beşliyi üçün hansı perspektivləri vəd edir? Bu barədə 6 dekabr saat 14:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Moskva-Astana videokörpüsündə danışılacaq.

İştirak edəcəklər:

Bakıda

— Xəzər Aaraşdırmaları Mərkəzinin rəbəri, professor Çingiz İsmayılov;

Moskvada:

— Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev;

Astanada:

— Xəzər problemləri üzrə mütəxəssis

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

57
Teqlər:
Xəzər dənizinin hüquqi statusu, Xəzəryanı dövlətlər, videokörpü, Moskva
Əlaqədar
"Xəzərin hüquqi statusu ilə bağlı irəliləyişlər var"
Xəzərin statusu problemi çözülür
Xəzərin statusu müzakirə olunub
Bakıda Xəzərin statusu ilə bağlı iclas keçiriləcək
Xəzərin hüquqi statusu üzrə məsləhətləşmələr keçirilib
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

58
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

58
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

70
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

70
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

0
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

0