Könüllü

Beynəlxalq Könüllülər Günü ilə bağlı videokörpü olacaq

98
(Yenilənib 17:32 01.12.2017)
MDB ölkələrində könüllülük hərəkatı Sputnik-in videokörpüsündə müzakirə ediləcək

BAKI, 1 dekabr — Sputnik. 1985-ci ildə BMT Baş Assambleyası 40/212 saylı qətnaməsi ilə hökumətlərə hər il 5 dekabrı Beynəlxalq İqtisadi və Sosial İnkişaf Könüllüləri Günü (International Volunteer Day for Economic and Social Development), qısaca, Beynəlxalq Könüllülər Günü (International Volunteer Day) kimi qeyd etməyi təklif edib.

Azərbaycanda isə könüllülük hərəkatı son illərdə təşəkkül tapmağa və inkişaf etməyə başlayıb. Ölkədə keçirilən beynəlxalq tədbirlərdə ASAN könüllülərinin iştirakı könüllülük hərəkatına xüsusi prestij qazandırıb.

Qonşu MDB ölkələrində bu istiqamətdə fəaliyyətlərə dekabrın 5-də Bakı vaxtı ilə saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Bişkek-Minsk-Astana-Kişinyov videokörpüsündə aydınlıq gətiriləcək.

Videokörpüdə iştirak edəcəklər:

Bakıda:

— "ASAN Könüllüləri" İctimai Birliyinin sədr müavini Səkinə Həsənova;

Astanada:

— Qazaxıstan Qızıl Ayparasının əlaqələr üzrə koordinatoru Zamzaqul Tajibayeva;

Minskdə:

— Belarus Qırmızı Xaç Cəmiyyətinin baş katibinin müavini Romaniya Romanovna Skomoroşko;

Bişkek və Kişinyovda:

— Könüllülər təşkilatlarının nümayəndələri.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

98
Teqlər:
International Volunteer Day, International Volunteer Day for Economic and Social Development, Sputnik Azərbaycan, könüllü, BMT Baş Assambleyası
Əlaqədar
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib
"Könüllülər" polisə basqın etdilər
Nazir müavini: “8 min könüllü hazırlamışıq”
Bakı 2017 Könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Könüllülərlə görüş keçirilib

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

69
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

69

Səhər yeməyinin şahı: Pendirin mayalanma resepti

105
(Yenilənib 11:29 25.12.2020)
Azərbaycanda səhər yeməyini pendirsiz təsəvvür etmək mümkün deyil. Adətən biz onu mağazalardan alırıq. Sputnik Azərbaycan isə sizə pendiri mayalamağın üsulunu təqdim edir. Daha ətraflı – videomuzda.

Azərbaycanda ağartı məhsulları çox sevilir, xüsusilə pendir. Demək olar hər ailədə pendir masadan əskik olmur. Azərbaycanlılar ümumiyyətlə evdə hazırlanmış pendirə həmişə daha çox üstünlük veriblər. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri Beyləqan rayon sakini Şəlalə Əzimovadan pendirin ev şəraitində hazırlanma qaydasını təqdim etməyi xahiş edib. Pendirin hazırlanması üçün bizə süd, hər bir mağazada satılan pendir mayası və duz lazım olacaq.

İlk öncə süd sağılır, süzülür və isti-isti maya əlavə olunur. 10 dəqiqə gözlədikdən sonra mayalanmış süd şor torbasına tökülür və yaxşıca süzülür. Üzərinə mütləq ağır əşya qoyulmalıdır ki, pendir daha yaxşı süzülsün. İki saata yaxın gözlədikdən sonra pendir kəsilir və duzlanır. Duzlayandan sonra pendir duzda bərkiyənə kimi sərin yerdə saxlanılır.

Qeyd edək ki, südü qaynatdıqdan sonra da mayalamaq olar. Belə olan halda südün soyuması gözlənilir, ilıq halda mayalanır. Bu cür pendir bişmiş pendir adlanır.

105
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0