Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Soçidəki gənclər festivalı azərbaycanlıların gözü ilə

© Photo : пресс-служба РИКЦАзербайджанская делегация на XIX Всемирном фестивале молодежи и студентов в Сочи
Азербайджанская делегация на XIX Всемирном фестивале молодежи и студентов в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Soçidə keçirilən XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı başa çatıb. Festivalın təntənəli bağlanış mərasimi "Böyük" Buz Sarayında keçirilib

Soçidə keçirilən XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı başa çatıb. Festivalın təntənəli bağlanış mərasimi "Böyük" Buz Sarayında keçirilib.

Rusiya artıq üçüncü dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir. Bu ölkənin sözügedən Ümumdünya festivalına ilk ev sahibliyindən (SSRİ-nin tərkibində) 60 il ötür. Tarix 1985-ci ildə yenidən təkrarlanıb və hər iki dəfə də mükafat Moskvaya qismət olub. Bu dəfə gənclik Soçiyə toplaşıb.

Azərbaycan bu festivalda 165 nəfərdən ibarət nümayəndə heyətilə təmsil olunub. Onun tərkibinə tələbələr, müxtəlif gənclər təşkilatlarının nümayəndələri, gənc aktyorlar, idmançılar da daxil idi. İştirakçılar Respublika Gənclər və İdman Nazirliyi yanında Milli Hazırlıq Komitəsi tərəfindən seçilib.

Festival təəssüratları, onun Azərbaycandan olan nümayəndələrin həyatına təsiri, digər nümayəndə heyətləri ilə qarşılıqlı münasibətlər və digər məsələlər barədə 25 oktyabr saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində söhbət açılacaq. Mətbuat konfransında festivalda iştirak etmiş politoloqlar, siyasi elmlər üzrə namizədlər, o cümlədən, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov iştirak edəcək.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-ci məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0