Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Separatçı referendumlar fonunda Avropanın və Yaxın Şərqin gələcəyi

© REUTERS / Ako RasheedKərkükdə referendumu təbliğ edən banner, 10 sentyabr 2017-ci il
Kərkükdə referendumu təbliğ edən banner, 10 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Cənubi Qafqaz" politoloqlar klubunun 54-cü iclasında bu problem müzakirə olunacaq

BAKI, 5 oktyabr — Sputnik. Əksər müşahidəçilərin fikrincə, Kataloniya və Şimali İraqdakı referendumlar destruktiv nəticələr doğuracaq və beynəlxalq vəziyyətə mənfi təsir göstərəcək. Son iki həftənin əsas müzakirə mövzusu 25 sentyabrda (Şimali İraq) və 1 oktyabrda (Kataloniya) keçirilən referendumlar olub. Bunlar Avropa və Yaxın Şərqdəki siyasi proseslərə öz təsini göstərməkdədir.

Sözügedən referendumların hansı nəticələri və təhlükələri doğuracağı barədə azərbaycanlı politoloqlar "Cənubi Qafqaz" politoloqlar klubunun 54-cü iclasında öz fikirlərini bölüşəcəklər. İclas 6 oktyabr saat 14:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində olacaq.

Tədbirin iştirakçıları bu politoloqlar olacaq:

— Fikrət Sadıxov

— Elxan Ələskərov

— Elxan Şahinoğlu

— İlqar Vəlizadə (moderator)

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, Ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0