Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş videokörpü olacaq

© Sputnik / Anar MustafayevДвижение транспорта в Баку, фото из архива
Движение транспорта в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il 22 sentyabrda Ümumdünya Avtomobilsiz Günü qeyd olunur

BAKI, 21 sentyabr — Sputnik. Hər il sentyabrın 22-də dünyada avtomobilsiz bir gün qeyd olunur. Həmin gün "Ümumdünya Avtomobilsiz Günü" adlanır. Bu gündə avtomobil (eləcə də motosiklet) sahiblərinə, heç olmasa bircə gün yanacaqsız nəqliyyat vasitələrindən istifadə etmək təklif olunur. Bununla bağlı bir sıra ölkə və şəhərlərdə xüsusi tədbirlər təşkil olunur.

Həmin gün Azərbaycanda, Belarus, Moldova və Qırğızıstanda hansı tədbirlər həyata keçirilir? Bu barədə 22 sentyabr saat 14.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü yaradılacaq. Videokörpüdə bu şəxslər iştirak edəcək:

Bakıda

— "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov

Minskdə

— Minsk Velosiped Cəmiyyətinin İdarə Heyətinin sədri, Ətraf Mühitin Mühafizəsi Mərkəzinin əməkdaşı Pavel Qorbunov

Kişinyov və Bişkekdə

– nəqliyyat sahəsinin ekspertləri

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0