Uşaqların Beynəlxalq Müdafiəsi günü

Azərbaycanda uşaq hüquqları necə qorunur?

736
(Yenilənib 22:51 30.05.2017)
Bütün dünya BMT-nin qərarı əsasında 1 iyunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edir

BAKI, 30 may — Sputnik. İyunun ilk günü qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi günü təkcə uşaqların şənlənməsi üçün bayram deyil, eyni zamanda cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacib olduğunu xatırlatmaq üçün bir vəsilədir. Onların hüquqlarını qorumaq ona görə lazımdır ki, uşaqlar xoşbəxt böyüsün, oxusun, sevdikləri işlə məşğul olsun və gələcəkdə də vətənləri və valideynləri üçün faydalı insan olsunlar.

Uşaqların ən vacib problemlərindən biri də müasir cəmiyyətin tez-tez üzləşdiyi böyüməkdə olan nəslin sağlamlığı ilə bağlı problemlərdir. Bəs bu problem Azərbaycanda necə həll olunur? Bu barədə 1 iyun saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova danışacaq.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

736
İzləyici xəbər saytını oxuyur, arxiv şəkli

"Sarı" xəbər həmişə olmur: Sözünü çatdırmağın ağıllı yolları

15
Vebinarın spikerinin rəyinə görə, materialların tərtibatına düzgün yanaşma daha çox oxucunu əhatə etməyə imkan yaradır.

BAKI, 10 iyul — Sputnik. Xəbər oxucu diqqəti cəlb etmək üçün mütləq “sarı” olmalı deyil. Onu sadəcə düzgün tərtib etmək gərəkdir. Bu barədə SputnikPro-nun iyulun 10-da keçirilmiş növbəti vebinarında danışılıb. 

“Mətnin dizaynı: nəyi, harada, necə və nə üçün planlaşdırmaq lazımdır” onlayn sesisyasının spikeri Yuliya Atanova  "Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri, eyni zamanda rusiyanın Arktikadakı iştirakına həsr olunmuş yeganə federal səviyyəli Arctic.ru informasiya layihəsinin rəhbəridir.

© Photo : Denis Lipa
"Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri Yuliya Atanova

Yuliya artıq 10 ildən çoxdur ki, internet layihələrinin yaradılması, işə salınması və inkişafı ilə məşğul olur. O, Britaniyanın ali dizayn məktəbini "Media dizaynı" ixtisası üzrə bitirib. "Rəqəmsal jurnalistika",  “Sreda” ("Çərşənbə") yeni dizayn festivalı,  Media&Design Conference 2019 və həftəsonu dizaynı kimi layihələrdə spiker qismində iştirak edib.

Vebinarda ekspert bir sıra aspektləri nəzərdə saxlamağı vacib bildi və bunlardan ən önəmlisinin oxucuya müraciət olduğunu dedi (nəşrin tipindən asılı olaraq – ciddi agentlik, bloq, gənclər üçün sayt və s. – ya “sən”, ya da “siz” deyə müraciət etnək gərəkdir). Həmçinin, onun fikrincə, hər bir redaksiyada ayrıca KİV üçün səciyyəvi olan normaların (məsələn, ixtisarlar, hətta dırnaqların tipi və s.) qeyd olunduğu lüğət olsa, pis olmaz.

“Təsvirin ümumi rahatlığı və bütövlüyündən əlavə, bu sizə təzə işçiləri öyrətməkdə kömək edəcək. Hər şeyi bir-bir danışmaq əvəzinə, bunu bircə fayla toplayırsınız və iş asanlaşır. İnanın ki, bu, onların ilk yazılarındakı xətaların sayını xeyli azaldacaq”, - Y.Atanova deyib. 

Mətnin bilavasitə dizaynından danışarkən spiker qeyd edib ki, ən əhəmiyyətli məqam hərflərin ölçüsü, sətirlər arası interval və sətrin uzunluğudur.

“Heç rastınıza gəlibmi ki, hansısa saytı oxuyanda mətni sona çatdırmaq üçün həm iradənizi, həm də gözlərinizi gücə salasınız? Mən hər gün belə saytlarla qarşılaşıram və düzü, buna baxmaq özü adamın gözünü ağrıdır”, - Atanova qeyd edib.

Müxtəlif nəşrlər və şriftlər üçün ölçülər fərqli ola bilər, sözsüz ki, amma əsas qaydalar dəyişməz qalır:

1) Şriftin ölçüsü orta statistik oxucu üçün rahat olmalıdır. Əgər söhbət sosial şəbəkədən gedirsə, ən yaxşısı elə o şəbəkənin yaradıcılarının təklif etdiyi dəstdən istifadə etməkdir, çünki onların öz mütəxəssisləri onu təkmilləşdirmək üçün az iş görmürlər. Yəni yenidən velosiped ixtira etməyə gərək yoxdur.

2) Sətirlər arası interval oxumaq üçün rahat olmalıdır.

3) Sətrin uzunluğu: mətni çox dar sütuna yerləşdirməyə, ya da bütün ekran boyu dartmağa ehtiyac yoxdur. Üstəlik, əgər mətn xırda şriftlədirsə, mətn sütuna bölünməlidir, əgər iridirsə - əksinə. 

Yuliya Atanova mətnlləri müşayiət edən şəkillər barədə də danışdı. Materialın tipindən asılı olaraq bu, foto, illüstrasiya, hətta karikatura da ola bilər. Hərdən elə olur ki, materialın özü əhəmiyətli olmasa da, parlaq foto sayəsində daha çox nəzərə çarpır. Ona görə də material üçün şəkilləri doğru seçmək lazımdır.  ”Amma heç zaman müəlliflik hüququnu gözardı etmək olmaz”, - deyən spiker vebinar iştirakçılarına daim öz işlərində bir ilham mənbəyi tapmağı arzuladı. 

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

15
Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Pandemiya dövründə vergilər

14
(Yenilənib 17:43 09.07.2020)
Hazırda pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi istiqamətində geniş tədbirlər davam etdirilir.

Təklif olunan vergi güzəştləri otelləri və mehmanxana tipli digər obyektlərin; turoperatorların və turagentlərin; qida sektoru müəssisələrinin fəaliyyətini, taksi da daxil olmaqla, avtomobil nəqliyyatı ilə daxili sərnişin daşımalarını, ərzaq və qeyri - ərzaq məhsullarının satışını və sifarişlər əsasında alıcılara çatdırılmasını; idman və sağlamlıq müəssisələrinin fəaliyyətini və s. əhatə edir.

Bu dəyişikliklərin daha ətraflı şəkildə necə təqdim edildiyi və onların praktikada necə həyata keçirildiyi barədə iyulun 15-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə keçirilən onlayn mətbuat konfransında İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev məlumat verəcək.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

14
Koronavirus testi, arxiv şəkli

Bu gün COVID xəstələri antirekord vurublar

0
Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu

BAKI, 12 iyul — Sputnik. Son sutka ərzində dünyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bir sutkada 230370 nəfərdə yoluxma aşkarlanıb, 24 saat ərzində 5285 xəstə dünyasını dəyişib. 

Pandemiya başlayandan indiyədək 12 552 765 nəfər SARS-Cov-2 virusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 561 617 insan ölüb.

Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu.

Dünya ölkələrində koronavirus pandemiyası səbəbindən aclıqdan ölənlərin sayının artacağı deyilir. Beynəlxalq xeyriyyə təşkilatı Oxfam iddia edir ki, “aclıq böhranı” infeksiyadan daha çox insan öldürə bilər. Mütəxəssislərin rəyinə görə, 2020-ci ilin sonunadək aclıqdan və ya qida çatışmazlığından gündə 12 minədək insan ölə bilər. Koronavirusdan bir gündə ölənlərin rekord sayı isə aprelin 17-də qeydə alınıb – 8890 ölüm.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı