Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Ramazan ayı ilə bağlı videokörpü olacaq

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Videokörpüdə Azərbaycandan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı əməkdaşı İrina Kunina, Moskva, Astana və Bişkekdən isə dini qurumların əməkdaşları, teoloqlar iştirak edəcəklər

BAKI, 23 may — Sputnik. Ramazan müsəlmanların müqəddəs ayıdır. "Qurani-Kərim"ə görə, Ramazan İslamın 5 əsas sütunundan biridir və onun da əsasında Allaha inam dayanır. Ramazan Ay təqviminə görə, doqquzuncu aydır və bu ayda bütün inanclı insanlar müqəddəs pəhrizə (Oruc) riayət edirlər.

2017-ci ildə Ramazan ayı mayın 26-dan iyunun 24-nə qədər davam edəcək. Ramazanın özəllikləri, müsəlmanlar üçün əhəmiyyəti və müsəlman həmrəyliyi ilə bağlı ekspertlər mayın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpüdə danışacaqlar.

Videokörpüdə Azərbaycandan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı əməkdaşı İrina Kunina, Moskva, Astana və Bişkekdən isə dini qurumların əməkdaşları, teoloqlar iştirak edəcəklər.

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə

Xəbər lenti
0