Российский флаг на открытии ХV летних Паралимпийских игр 2016 в Рио-де-Жанейро

Paralimpiya həmrəyliyi: Azərbaycan, Rusiya, Belarus

39
(Yenilənib 16:36 28.11.2016)
Bazar ertəsi, oktyabrın 3-də saat 16.00-də Bakı-Moskva-Minsk telekörpüsü keçiriləcək.

Rio-de-Janeyro Paralimpiadası ərəfəsində Rusiya paralimpiyaçıları lisenziyaradan məhrum edildilər. Azərbaycan yığması ona verilən Rusiya idmançılarının lisenziyalarını qəbul etməkdən imtina etdi. Belarus yığması isə Paralimpiya oyunlarının açılış mərasimində Rusiyanın bayrağını qaldırdı. Bakı-Moskva-Minsk telekörpüsündə Paralimpiya həmrəyliyi barədə danışılacaq.

Moskva tərəfdən tədbirdə iştirak edir:

— Lidiya ABRAMOVA, Rusiya Paralimpiya komitəsinin vitse-prezidenti; 

— Aleksandr QAGİYEV, Belarus Respublikası idman və turizm nazirinin birinci müavini,

— Oleq ŞEPEL, Belarus Paralimpiya komitəsinin sədri,

— Andrey Fomoçkin, Belarus idman və turizm nazirliyinin qış idman növləri şöbəsinin rəisi; 

— Andrey Praneviç, Belarus əlil idmançılardan ibarət yığmasının üzvü, XV Yay Paralimpiya oyunlarının çempionu.

Bakı tərəfdən iştirak edir:

İlqar Rəhimov, Azərbaycan Respublikası Paralimpiya komitəsinin sədri.

Əlaqə: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə
Telefonlar: 404-13-84/85  e-mail: i.velizade@rian.ru
39
Ofisdə iş, arxiv şəkli

SputnikPro mətn videonun məzmunca bir-birinə uyğunlaşdırılmasından danışıb

7
(Yenilənib 18:23 09.04.2021)
Jurnalistlər üçün maarifləndirici layihə çərçivəsində növbəti ustad dərsi video əsasında mətnin formalaşdırılmasına həsr olunub

BAKI, 9 aprel — Sputnik. Mətnləri video-formata inteqrasiya edərkən biz tamaşaçının bunu qəbul edib-etməyəcəyinibaşa düşməliyik. Müəyyən kiçik ərazi, yaşayış məntəqəsi miqyasında olan xəbərlər əksəriyyət üçün çox maraq kəsb etmir. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilmiş növbəti vebinarda məhz bu məsələlərdən danışılıb.

Cümə günü, aprelin 9-da "Xəbər videosu və mətni uğurlu şəkildə bir-birinə necə birləşdirməli" mövzusunda onlayn sessiya keçirilib.

Ustad dərsində spiker "Ukraina.ru" internet-məcmuəsinin sosial şəbəkələr şöbəsinin şef-redaktoru Aleksandr Fomin olub.

Fomin "Rossiya Seqodnya" media-qrupunda Ukraynada ştatdankənar müxbir kimi başlayıb (2017-ci il). Bundan əvvəl o "Zvezda" televiziya kanalında çalışıb ("Ukrayna onlayn: Ukrayna KİV-lərində Şərq/Qərb layihəsi).

Rusiya Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalistika" ixtisası üzrə bitirib. RXDU-nun aspirantıdır.

Rusiya Federasiyası Federasiya Şurası yanında bloqer və jurnalistlər şurasının üzvüdür. Rusiya jurnalistlər ittifaqının üzvüdür.

Ustad dərsində Aleksandr mətnin videoya uyğunlaşdırılmasından və az sərfiyyatla mətnin yaradılmasından danışıb.

"Video əsasında mətnin yaradılması – minimum sərfiyyat deməkdir. Çünki bu halda videoda deyilənləri mətn şəklində yazmaq kifayətdir", deyə spiker bildirib.

Fomin onu da qeyd edib ki, mətni videoya çevirmək dəfələrlə çətindir. Bu halda sadə cümlələrdən istifadə etməklə mətni qısaltmaq tələb olunur.

"Jurnalistlər tez-tez uzun və mürəkkəb cümlələr yazırlar ki, bu da mətnin oxunmasını çətinləşdirir. Bunun üçün mətni ixtisar edərək onu oxunmaq üçün daha rahat mətnə çevirəcək redaktor tələb olunur", - deyə Fomin bildirib.

Bundan sonra alınmış mətni üzündən oxumaq lazımdır. Bunu, əgər varsa, peşəkar studiyada etmək olar, amma şəxsi telefondan da istifadə etmək mümkündür.

Videonu da telefonda montaj etmək mümkündür. Bunun üçün çoxsaylı proqramlar var.

"Mətndən ən parlaq məqamları seçmək lazımdır. Onlar üçün biz keyfiyyətli şəkil və videolar axtarırıq. İkinci dərəcəli məqamları daha pis keyfiyyətdə və daha az dinamik olan videolar sırası ilə örtə bilərik. Bundan əlavə mövzuya dair şəkillərdən də istifadə etmək olar", - deyə spiker bildirib.

Bütün bunlardan əlavə, Aleksandr Fomin nələri etməyin lazım olmadığından da danışıb.

"Başqa mənbələrdən götürülmüş və ya eksklüziv, amma kiçik bir regiona aid olan xəbərlər işləmir. Birinci halda digər kanalların həmin xəbəri verməsi ehtimalı böyükdür. Bundan əlavə, bu vəziyyətdə vizualizasiya ilə bağlı problemlər olur. İkinci hala gəldikdə, "kiçik areala" aid olan xəbərlər geniş auditoriya üçün sadəcə olaraq maraqlı deyil, onlar üçün etimad doğurmur", - deyə spiker bildirib.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

Pandemiya başladıqdan sonra layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro onlayn mövsümünə" start verib. Ustad dərsləri rejimində mütəxəssislər jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

7
Qan analizi, arxiv şəkli

Azərbaycanda hemofiliyanın müalicəsi: bu xəstəliyə necə qalib gəlmək olar

26
(Yenilənib 18:33 08.04.2021)
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində onlayn mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov karantin rejimi şəraitində hemofiliyanın müalicəsi, xəstəliyin artım dinamikası və digər məsələlərə toxunacaq.

BAKI, 8 aprel — Sputnik. Hər il aprelin 17-si dünyada Hemofiliya Günü kimi qeyd olunur. Bu günün qeyd olunması təşəbbüsü iki məşhur beynəlxalq qurumdan – Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Hemofiliya Federasiyası tərəfindən irəli sürülüb. 17 aprel tarixi isə təşkilatçılar tərəfindən heç də təsadüfən seçilməyib: Ümumdünya Hemofiliya Federasiyasının qurucusu Frenk Şnaybel məhz həmin gün dünyaya göz açıb.

Hazırda Azərbaycan Elmi-Praktik Hemofiliya Mərkəzində yüzlərlə xəstə rəsmi qeydiyyatdadır ki, onların da yarısı məktəbəqədər və məktəb yaşlı uşaqlardır.

Bu irsi xəstəlikdən daha çox oğlan uşaqları əziyyət çəkirlər. Bundan başqa, statistika göstərir ki, Şirvan və Gəncəbasar sakinləri hemofiliyaya daha çox məruz qalırlar.

Aprelin 16-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunacaq onlayn mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov karantin rejimi şəraitində hemofiliyanın müalicəsi, xəstəliyin artım dinamikası və digər məsələlərə toxunacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

26
Teqlər:
müzakirə, pandemiya, müalicə, hemofiliya
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Xəstəliyi qəsdən yayan şəxslər saxlanılıb

0
(Yenilənib 16:49 13.04.2021)
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

BAKI, 13 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 12-də respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

0