Bakının mərkəzi küçəsində turistlər

Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər

44
(Yenilənib 18:20 07.09.2016)
Sentyabrın 9-da 11:00-da "Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər" mövzusunda mətbuat konfransı keçiriləcək.

Cari dərs ilinin əvvəlindən Azərbaycanın təhsil müəssisələrində Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin təşəbbüsü ilə multikulturalizm tədris ediləcək. 

Bu prosesin necə həyata keçiriləcəyi, hansı metodiki vasitələrdən istifadə olunacağı barədə müzakirələrdə aşağıda adları çəkilən şəxslər iştirak edəcəklər: 

— Azad MƏMMƏDOV, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru; 

— Sərxanbəy XUDİYEV, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin layihələr şöbəsinin müdiri; 

— Rəşad İLYASOV, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin Analitika şöbəsinin müdiri.

Əlaqə: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə

Telefonlar: 404-13-84/85  e-mail: i.velizade@rian.ru

44

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

71
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

71

Səhər yeməyinin şahı: Pendirin mayalanma resepti

105
(Yenilənib 11:29 25.12.2020)
Azərbaycanda səhər yeməyini pendirsiz təsəvvür etmək mümkün deyil. Adətən biz onu mağazalardan alırıq. Sputnik Azərbaycan isə sizə pendiri mayalamağın üsulunu təqdim edir. Daha ətraflı – videomuzda.

Azərbaycanda ağartı məhsulları çox sevilir, xüsusilə pendir. Demək olar hər ailədə pendir masadan əskik olmur. Azərbaycanlılar ümumiyyətlə evdə hazırlanmış pendirə həmişə daha çox üstünlük veriblər. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri Beyləqan rayon sakini Şəlalə Əzimovadan pendirin ev şəraitində hazırlanma qaydasını təqdim etməyi xahiş edib. Pendirin hazırlanması üçün bizə süd, hər bir mağazada satılan pendir mayası və duz lazım olacaq.

İlk öncə süd sağılır, süzülür və isti-isti maya əlavə olunur. 10 dəqiqə gözlədikdən sonra mayalanmış süd şor torbasına tökülür və yaxşıca süzülür. Üzərinə mütləq ağır əşya qoyulmalıdır ki, pendir daha yaxşı süzülsün. İki saata yaxın gözlədikdən sonra pendir kəsilir və duzlanır. Duzlayandan sonra pendir duzda bərkiyənə kimi sərin yerdə saxlanılır.

Qeyd edək ki, südü qaynatdıqdan sonra da mayalamaq olar. Belə olan halda südün soyuması gözlənilir, ilıq halda mayalanır. Bu cür pendir bişmiş pendir adlanır.

105

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0