Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası

Sputnik Azərbaycan yenidən uşaqları sevindirmək istəyir

39
(Yenilənib 14:23 11.12.2018)
Ağır qan xəstəliyi olan uşaqlar öz arzularını bölüşüblər və Sputnik Azərbaycan bütün xeyirxah insanları #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına qoşularaq bu uşaqların arzularını yerinə yetirməyə çağırır

BAKI, 11 dekabr, Sputnik Azərbaycan-ın Mətbuat Xidməti. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu yenidən #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına start verib. Bu dəfə layihədə Talassemiya Mərkəzində müalicə alan 0-18 yaş arasında olan 120 uşaq iştirak edir.

Uşaqlar öz Yeni İl arzularını "Ganjlik Mall" ticarət mərkəzində (üçüncü mərtəbə) yerləşən "Əli və Nino" kitab dükanındakı bayram yolkasını bəzəyən xüsusi açıqcalarda qeyd edirlər.

Arzu edən hər kəs bu aksiyaya qoşula və özünü Şaxta Babanın yerinə qoyaraq uşaqlara ehtiyacları olan bayram sevincini yaşada bilərlər.

Bunun üçün #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasındakı istənilən açıqcanı seçmək, onu doldurmaq və dekabrın 27-dək hədiyyəni Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə) gətirmək, yaxud da "Əli və Nino" mağazasına qoymaq kifayətdir.

#YolkaXeyirxahlıqAğacı aksiyası çərçivəsində toplanan hədiyyələr Yeni İl bayramında Talassemiya Mərkəzində müalicə alan uşaqlara təqdim ediləcək.

"Ötən il bizim #YolkaXeyirxahlıqAğacı aksiyasına sadə insanları – Bakı şəhər sakinlərini cəlb etməyə cəhd göstərdik. Təcrübə göstərdi ki, bizim aramızda başqalarına həssas yanaşmağı bacaran və ən əsası da uşaqları sevən çox sayda insan var. Biz bu il yenidən həmin layihəni həyata keçirməyə başlayırıq və ümid edirik ki, o da birinci layihə kimi uğurlu olacaq. Biz birlikdə ən çox gözlənilən və sevilən bayramlardan birində uşaqları sevindirə biləcəyik" – deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Sputnik Azərbaycan Agentliyi bütün xeyirxah insanları bu aksiyaya qoşulmağa və uşaqlara əsl bayramı hədiyyə etməyə çağırır.

  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
1 / 7
© Sputnik / Murad Orujov
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası

#YolkaXeyirxahlıqAğacı haştağını sosial şəbəkələrdə paylaşaraq bu aksiyaya dəstək olun!

Qeyd edək ki, Sputnik Azərbaycan 2015-ci ilin may ayında ölkəmizdə fəaliyyətə başlayıb. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin aparıcı KİV-nin TOP-5-liyinə (LiveInternet-in 10 dekabr 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

39
Teqlər:
Yeni il bayramı, uşaqlar, Sputnik Azərbaycan
Feyx xəbər oxuyan şəxs, arxiv şəkli

"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı

32
(Yenilənib 09:09 18.04.2020)
RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti onlayn vebinarda həmkarları ilə feyk məlumatların aşkarlanmasının reseptini bölüşüblər.

BAKI, 17 aprel — Sputnik. "Pəncərələri bağlayın, gecə ölkə ərazisi vertolyotlarla dezinfeksiya olunacaq...","Xalamın əmisi qızının əri xəstəxanada işləyir, o deyir ki, hakimiyyət xəstələrin dəqiq rəqəmlərini gizlədir...", "Əgər hər gün səhər sarımsaq yeyilsə, koronavirus heç də qorxulu deyil...". Yəqin ki, hər birimiz heç olmasa bir dəfə yuxarıda qeyd olunan şayiələrdən ən azı biri ilə rastlaşmışıq. SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən növbəti onlayn  vebinar bütün bu feyklərə və onları doğrulardan necə ayırmağa həsr edilib.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda vebinar aprelin 17-də keçirilib və SputnikPro-un dördüncü onlayn görüşü olub. Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olub.

© Sputnik
İqor Krivitski

Onlar vebinarın gedişində feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil ediblər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstəriblər.

Beləliklə, feykin əsas əlamətləri hansılardır:

- Məlumat anonimdir və çox emosionaldır

- Burada yoxlanılacaq heç bir fakt yoxdur

- Saysız-hesabsız insanın həyatı və sağlamlığı üçün təhlükə və çoxsaylı qurbanların olduğu barədə məlumatlar yayılır

- Hakimiyyətin çaxnaşmaya yol verməmək üçün məlumatları gizlətməyə dair göstərişi var

- Real baş vermiş fəlakətin "həqiqi" miqyası haqqında cəmiyyət üçün əhəmiyyətli məlumatların gizlədildiyi ayrıca vurğulanır

- Mənbə olaraq, uzaq qohum, tanış və ya "hüquq-mühafizə orqanlarındakı öz adamı" göstərilir

- Məlumatın maksimum yayılmasına çağırış var.

İqor Krivitskinin sözlərinə görə, saxta xəbərlərdən tez-tez insanlar çox tənbəllik edində və bir neçə klik edərək məlumatları yenidən yoxlamağa ərinəndə istifadə edilir. 

“Bizim jurnalistlərin adi insanlar üçün əlçatmaz olan lüksü var. Biz ekspertlərlə işləyə bilərik. Əgər elmi informasiya adı altında gizlənən və ya adi bir adamın yoxlaması çətin olan hansısa məlumat varsa, və ya burada konkret ekspertə istinad edilirsə, həmin ekspertə zəng edin və ya ona yazın. Biz mütəxəssislə məsləhətləşə bilərik ki, o, bizə məlumatı ya təsdiq etsin, ya da təkzib”, - deyə media eksperti bildirib.

İqor Krivitskinin sözlərinə görə, feykləri yoxlamaq çətin deyil. Mətnlər Google-da, şəkillər, videolar axtarış sistemləri vasitəsilə yoxlanıla bilər.

"Tənqidi düşüncəni inkişaf etdirin və paranoidal meylləri yenidən yoxlayın!", - deyə aparıcı müxtəlif ölkələrdən vebinara qoşulan həmkarlarına məsləhət verib.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlanmasından etibarən, Moskva komandası layihəni bütün ölkələrin iştirakçıları üçün açıq olan "SputnikPro online mövsümü"nə çevirib. 

Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

 

32
Kompyüter arxasında kişi, arxiv şəkli

SputnikPro feykləri müəyyənləşdirmək onlardan faydalanmaq barədə danışacaq

38
(Yenilənib 09:08 18.04.2020)
RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti vebinarın spikerləri olacaqlar

BAKI, 14 aprel — Sputnik. Demək olar ki, bütün ölkələrin vətəndaşlarının daxil olduğu özünütəcrid rejiminə baxmayaraq, SputnikPro təhsil layihəsi öz işini davam etdirir və onlayn görüşlər sahəsində yeni imkanlar açır.

SputnikPro layihəsi çərçivəsində həyata keçirilən növbəti, artıq dördüncü onlayn vebinar feyk xəbərlərin açılmasına və onların ifşasından bəhrələnməyə həsr olunub. Onlayn sessiya aprelin 17-də saat 14.00-da keçiriləcək.

Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olacaq.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda keçiriləcək sessiyada media ekspertləri feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil edəcəklər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstərəcəklər.

Nataliya Şaşina "Rossiya seqodnya” BİA-nın İnnovativ Jurnalistika Mərkəzinin rəhbərinin müavinidir. 2012-ci ildən 2019-cu ilədək Business FM radiostansiyasının icmalçısı və aparıcısı olub. Bundan əvvəl Finam FM radiosunda və "Moskovskiy Komsomolets"qəzetində işləyib.

© Sputnik
Nataliya Şaşina

İqor Krivitski – “Ne veryu!” (İnanmıram) və “Mı vse umryom. Amma bu dəqiq deyil” (Hamımız öləcəyik. Amma bu dəqiq deyil) podkastlarının aparıcısı, əlavə və virtual reallıqda layihələrinin müəllifidir. "Rossiya seqodnya” BİA-ya gəlməmişdən qabaq "RBK Nedvijimost” və NBS şirkətlərində işləyib.

© Sputnik
İqor Krivitski

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

38

Beyrutda “daş dövrü” paytaxtda iğtişaşlar başlayıb - VİDEO

0
(Yenilənib 18:39 08.08.2020)
Vaxtaşırı polislər kütlənin və atılan daşların təzyiqi altında geri çəkilirlər. İğtişaş bölgəsinə güc strukturlarının əlavə qüvvələri göndərilir

BAKI, 8 avqust — Sputnik. Livanın paytaxtı Beyrutun mərkəzində, parlament binasının qarşısında etiraz edən insanlarla polis arasında toqquşma olub, tərəflər bir-birinə qarşı gözyaşardıcı qaz və daşlardan istifadə edirlər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yerli vaxtla 16:00-da hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib.

RİA Novosti-nin müxbirinin bildirdiyinə görə, polis insan kütləsini parlamentdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Mitinq edənlər isə cavabında polisə daş yağdırırlar.

​Vaxtaşırı polislər kütlənin və atılan daşların təzyiqi altında geri çəkilirlər. İğtişaş bölgəsinə güc strukturlarının əlavə qüvvələri göndərilir.

Qeyd edək ki, bir neçə gün əvvəl, avqustun 4-də Livan paytaxtı güclü partlayışdan sarsılmışdı. Liman ərazisindəki anbarlarda saxlanan 2,7 ton ammonium nitrat partlayaraq 158 nəfərin ölümünə, 5 mindən artıq insanın xəsarət almasına səbəb olmuşdu.

0
Əlaqədar
Makron təcili Beyruta gedir - Niyəsi bilinmir
Qafqazdan Afrikaya – Beyrutdakı partlayışın detalları
Ərəblərə nəsə olub! İndi də BƏƏ-də böyük yanğın başlayıb - VİDEO
Beyrutda baş verən partlayışda ölən və yaralıların sayı artdı
Türkiyədən Livana böyük dəstək