Berlin sakinləri, arxiv şəkli

Dünyanın ən güclü liderinin adı məlum oldu

802
(Yenilənib 15:14 07.05.2018)
Reytinqə görə, hazırda dünyada ən güclü lider Rusiya prezidenti Vladimir Putindir

BAKI, 7 may — Sputnik. Almanların və fransızların üçdə birindən çoxu (34%), italyanların 38%-i, eləcə də britaniyalıların 26, amerikalılarınsa 23%-i hesab edir ki, hazırda dünyada ən güclü lider Rusiya prezidenti Vladimir Putindir.

Bu barədə sorğu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün Ifop şirkətinin Sputnik.Rəy layihəsi çərçivəsində keçirilib.

Fransa əhalisi arasında aparılan sorğunun nəticələri
© Sputnik /
Fransa əhalisi arasında aparılan sorğunun nəticələri

Siyahıdakı sonrakı yeri Amerika lideri Donald Tramp tutur. Fransızların dörddə biri (25%), almanlar (27%), italyanlar (29%), britaniyalılar (33%) və amerikalılar (43%) onu dünyanın ən güclü liderləri sırasında ikinci yerdə görürlər.

Çin Xalq Respublikasının sədri Si Tszinpin Sputnik.Rəy-in sorğusunun nəticəsinə görə, dünyanın ən güclü üçüncü lideridir. Fransızların 17%-nin, almanların 19%-nin, italyan və britaniyalıların 13%-nin, amerikalıların isə 9%-nin fikrincə, o, dünyanın ən güclü lideridir.

Almaniya əhalisi arasında aparılan sorğunun nəticələri
© Sputnik /
Almaniya əhalisi arasında aparılan sorğunun nəticələri

Dördüncü mövqedə Almaniyanın federal kansleri Angela Merkel yer alıb. Fransızların 9, almanların 12, italyanların 13, britaniyalıların 9, ABŞ vətəndaşlarının isə 4%-i Merkeli dünyanın ən güclüsü hesab edir.

Sözügedən siyahıda Fransa prezidenti Emmanuel Makron, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, İsrailin baş naziri Benyamin Netanyahu, Yaponiya lideri Sindzo Abe və Hindistan lideri Narendra Modinin də adı yer alıb. Avropalılar və amerikalılar İranın ali dini lideri Əli Xameneyini də güclü liderlərin sırasında görürlər.

Böyük Britaniya əhalisi arasında aparılan sorğunun nəticələri
© Sputnik /
Böyük Britaniya əhalisi arasında aparılan sorğunun nəticələri

Fransızların 5%-i, almanların 4%-i, italyanların 2%-i, britaniyalıların 7%-i, amerikalıların 8%-i digər liderlərin adlarını çəkiblər ki, onlar da siyahıda aşağıdakı yerləri tutublar.

İtaliya əhalisi arasında aparılan sorğunun nəticələri
© Sputnik /
İtaliya əhalisi arasında aparılan sorğunun nəticələri

Sorğu 22-27 mart 2018-ci il tarixlərində Ifop şirkəti tərəfindən keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 5 029 respondent iştirak edib. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum 3,1% təşkil edir. Onun etibarlılıq dərəcəsi 95%-dir.

ABŞ əhalisi arasında aparılan sorğunun nəticələri
© Sputnik /
ABŞ əhalisi arasında aparılan sorğunun nəticələri

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-15-liyinə (LiveInternet-in 7 may 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

802
Teqlər:
ictimai rəy sorğusu, Sputnik.Rəy, lider, Vladimir Putin
Əlaqədar
Ekspert: “Seçki ərəfəsində sorğular həqiqəti əks etdirir”
ABŞ-da ikinci qaradərili prezident olacaq - Sorğu
Sorğu: Şəkililər Şaxta babadan nə gözləyir?
İctimai rəyin yeni ünvanı – Milli Sorğu Mərkəzi
Feyx xəbər oxuyan şəxs, arxiv şəkli

"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı

32
(Yenilənib 09:09 18.04.2020)
RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti onlayn vebinarda həmkarları ilə feyk məlumatların aşkarlanmasının reseptini bölüşüblər.

BAKI, 17 aprel — Sputnik. "Pəncərələri bağlayın, gecə ölkə ərazisi vertolyotlarla dezinfeksiya olunacaq...","Xalamın əmisi qızının əri xəstəxanada işləyir, o deyir ki, hakimiyyət xəstələrin dəqiq rəqəmlərini gizlədir...", "Əgər hər gün səhər sarımsaq yeyilsə, koronavirus heç də qorxulu deyil...". Yəqin ki, hər birimiz heç olmasa bir dəfə yuxarıda qeyd olunan şayiələrdən ən azı biri ilə rastlaşmışıq. SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən növbəti onlayn  vebinar bütün bu feyklərə və onları doğrulardan necə ayırmağa həsr edilib.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda vebinar aprelin 17-də keçirilib və SputnikPro-un dördüncü onlayn görüşü olub. Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olub.

© Sputnik
İqor Krivitski

Onlar vebinarın gedişində feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil ediblər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstəriblər.

Beləliklə, feykin əsas əlamətləri hansılardır:

- Məlumat anonimdir və çox emosionaldır

- Burada yoxlanılacaq heç bir fakt yoxdur

- Saysız-hesabsız insanın həyatı və sağlamlığı üçün təhlükə və çoxsaylı qurbanların olduğu barədə məlumatlar yayılır

- Hakimiyyətin çaxnaşmaya yol verməmək üçün məlumatları gizlətməyə dair göstərişi var

- Real baş vermiş fəlakətin "həqiqi" miqyası haqqında cəmiyyət üçün əhəmiyyətli məlumatların gizlədildiyi ayrıca vurğulanır

- Mənbə olaraq, uzaq qohum, tanış və ya "hüquq-mühafizə orqanlarındakı öz adamı" göstərilir

- Məlumatın maksimum yayılmasına çağırış var.

İqor Krivitskinin sözlərinə görə, saxta xəbərlərdən tez-tez insanlar çox tənbəllik edində və bir neçə klik edərək məlumatları yenidən yoxlamağa ərinəndə istifadə edilir. 

“Bizim jurnalistlərin adi insanlar üçün əlçatmaz olan lüksü var. Biz ekspertlərlə işləyə bilərik. Əgər elmi informasiya adı altında gizlənən və ya adi bir adamın yoxlaması çətin olan hansısa məlumat varsa, və ya burada konkret ekspertə istinad edilirsə, həmin ekspertə zəng edin və ya ona yazın. Biz mütəxəssislə məsləhətləşə bilərik ki, o, bizə məlumatı ya təsdiq etsin, ya da təkzib”, - deyə media eksperti bildirib.

İqor Krivitskinin sözlərinə görə, feykləri yoxlamaq çətin deyil. Mətnlər Google-da, şəkillər, videolar axtarış sistemləri vasitəsilə yoxlanıla bilər.

"Tənqidi düşüncəni inkişaf etdirin və paranoidal meylləri yenidən yoxlayın!", - deyə aparıcı müxtəlif ölkələrdən vebinara qoşulan həmkarlarına məsləhət verib.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlanmasından etibarən, Moskva komandası layihəni bütün ölkələrin iştirakçıları üçün açıq olan "SputnikPro online mövsümü"nə çevirib. 

Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

 

32
Kompyüter arxasında kişi, arxiv şəkli

SputnikPro feykləri müəyyənləşdirmək onlardan faydalanmaq barədə danışacaq

38
(Yenilənib 09:08 18.04.2020)
RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti vebinarın spikerləri olacaqlar

BAKI, 14 aprel — Sputnik. Demək olar ki, bütün ölkələrin vətəndaşlarının daxil olduğu özünütəcrid rejiminə baxmayaraq, SputnikPro təhsil layihəsi öz işini davam etdirir və onlayn görüşlər sahəsində yeni imkanlar açır.

SputnikPro layihəsi çərçivəsində həyata keçirilən növbəti, artıq dördüncü onlayn vebinar feyk xəbərlərin açılmasına və onların ifşasından bəhrələnməyə həsr olunub. Onlayn sessiya aprelin 17-də saat 14.00-da keçiriləcək.

Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olacaq.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda keçiriləcək sessiyada media ekspertləri feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil edəcəklər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstərəcəklər.

Nataliya Şaşina "Rossiya seqodnya” BİA-nın İnnovativ Jurnalistika Mərkəzinin rəhbərinin müavinidir. 2012-ci ildən 2019-cu ilədək Business FM radiostansiyasının icmalçısı və aparıcısı olub. Bundan əvvəl Finam FM radiosunda və "Moskovskiy Komsomolets"qəzetində işləyib.

© Sputnik
Nataliya Şaşina

İqor Krivitski – “Ne veryu!” (İnanmıram) və “Mı vse umryom. Amma bu dəqiq deyil” (Hamımız öləcəyik. Amma bu dəqiq deyil) podkastlarının aparıcısı, əlavə və virtual reallıqda layihələrinin müəllifidir. "Rossiya seqodnya” BİA-ya gəlməmişdən qabaq "RBK Nedvijimost” və NBS şirkətlərində işləyib.

© Sputnik
İqor Krivitski

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

38
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0