Parisdə gəzişən insanlar, arxiv şəkli

Avropalılar xaricdə seçkilərə ən çox ABŞ-ın müdaxilə etdiyini düşünür

23
(Yenilənib 18:30 12.10.2017)
Sözügedən sorğunu Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik radiosu və agentliyi üçün Ifop şirkəti keçirib

BAKI, 12 oktyabr — Sputnik. Avropalıların əksəriyyəti hesab edir ki, digər ölkələrdə seçkilərə ABŞ təsir edir. Bu fikri Fransa və Polşa vətəndaşlarının 43%-i, almanların 41%-i, britaniyalıların isə 33%-i müdafiə edir.

Sözügedən sorğunu Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik radiosu və agentliyi üçün Ifop şirkəti keçirib.

Avropa qitəsində seçkilərə Rusiyanın müdaxiləsi barədə rəyi soruşulanların üçdə birdən də az hissəsi düşünür. Polşalıların 29%-i, almanların 28%-i, fransızların 27%-i Rusiyanın xaricdə seçkilərə müdaxilə etdiyi fikri ilə razıdır. Britaniyalıların isə sadəcə beşdə biri — 21%-i belə fikirləşir. 

Bununla belə, Böyük Britaniyada xarici ölkələrdə seçkiyə Avropa İttifaqının müdaxilə etdiyini düşünənlərin sayı digər Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu fikri britaniyalıların 18%-i müdafiə edir. Fransada rəyi soruşulanların 8%-i, Almaniyada 10%-i, Polşada isə 12%-i Aİ-nin seçkiyə müdaxilə etdiyi fikri ilə razıdır.

Maraqlıdır ki, bütün ölkələrdə ABŞ-ın xaricdəki seçkilərə müdaxilə etdiyini düşünənlərin əksəriyyəti yaşı 35-dən aşağı gənclər və ali təhsilli insanlardır. Almaniya (55%) və Polşada (51%) gənclərin yarıdan çoxu ABŞ-ın xaricdəki seçkilərə müdaxilə etdiyi fikrini dəstəkləyir. Ali təhsilli şəxslər arasında bu fikri bölüşənlərin 53%-i polşalı, 47%-i alman, 46%-i fransız və 34%-i britaniyalıdır.

Sorğu 20-27 sentyabr tarixlərində ictimai rəyin öyrənilməsi ilə məşğul olan qədim Fransa şirkəti IFop tərəfindən keçirilib. Sorğuda Fransa, Almaniya, Böyük Britaniya və Polşanın yaşı 18-dən yuxarı olan 3 228 vətəndaşı iştirak edib. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum +/- 3,1% təşkil edir. Onun etibarlılıq dərəcəsi 95%-dir. 

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik — onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

23
Teqlər:
Rəy sorğusu, Fransa, Almaniya, Böyük Britaniya, Polşa, ABŞ
Əlaqədar
Avropalılar istidən "bişirlər"
Avropalılar Avropa İttifaqından çıxmaq barədə nə düşünürlər?
Avropalılar öz ciblərindən silaha pul verməlidirlərmi?
Avropalıların əksəriyyəti "Rusiya təhlükəsinə" inanmır
KİV nümayəndələrinin

Medianı necə irəli aparmaq olar? "SputnikPro" izah edəcək

7
(Yenilənib 18:05 23.09.2020)
Vebinar zamanı Anna Starkova press relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verəcək.

 

BAKI, 23 sentyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "SputnikPro" maarifləndirmə layihəsinin onlayn sessiyalarını davam etdirir. Sentyabrın 25-də Bakı vaxtı ilə saat 14:00-da "Medianı necə irəli aparmaq olar" mövzusunda vebinar keçiriləcək. Vebinarda iştirak etmək üçün mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri dəvət olunur.

Vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edəcək.

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. https://t.me/zubovskiy4

O, beynəlxalq kommunikasiyalarda, PR və jurnalistikada 15 ildən artıq iş təcrübəsinə malikdir. Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verəcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform ünvanında qeydiyyatdan keçə bilərlər.

"SputnikPro" martın ortalarında onlayn mövsümünü açıb. Sessiyalarda koronavirus pandemiyası şəraitində işin xüsusiyyətləri, veb-analitika vasitələri və müəllif hüquqları müzakirə edilir, dar mövzularda məlumatları necə yoxlamaq, özünü və istifadəçini necə çaşdırmamaq, xəbər resurslarına trafiki necə artırmaq öyrədilir. İştirakçılar bir-birinə mesaj göndərə və fikirlərini real vaxt rejimində bölüşə bilərlər.

Unikal ustad dərslərindən ibarət "SputnikPro" Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak edib. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

7
Əlaqədar
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib
SputnikPro peşəkar bacarığın sirlərini açıqlayacaq
Dünya pandemiyadan sonra – SputnikPro-nun növbəti vebinarı
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib
Stolun üstündə noutbuk, arxiv şəkli

Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib

102
(Yenilənib 20:06 18.09.2020)
Layihənin iyirminci yubiley vebinarı xəbər saytlarının axtarış trafikinin yaxşılaşdırılmasına, SEO redaktorlarının və texniki mütəxəssislərin nəyi bilməli olduğuna həsr olunub.

BAKI, 18 sentyabr — Sputnik. Bütün redaksiyalar materiallarının məzmununa və keyfiyyətinə çox vaxt ayırır, lakin bu, aysberqin yalnız bir hissəsidir. İstənilən hər hansı bir materialın istifadəçisi də olmalıdır. Və materialın istifadəçiyə tez çatması arzu olunandır. Bu barədə "SputnikPro" maariflənmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 18-də sayca iyirminci yubiley "Xəbər Saytının Redaksiya SEO Optimallaşdırılması" adlı vebinarda "Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski spiker kimi çıxış edib.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
"Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçiyə uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir. Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini də oxuyur.

Filippovski vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışıb.

Ekspertin sözlərinə görə, məsələn, "Google"a düşmək üçün aşağıdakı addımlar atılmalıdır:

1. Saytı "Google News"a əlavə etmək ("Google"a yeni materialınız olduğu haqqında məlumat verirsiniz və o da materialı emal edir);

2. Texniki tələblərə cavab vermək (fotoşəkil, başlıqlar və s. üzrə tələblər);

3. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın (jurnalistlər istifadəçini aldatmağa yönəlmiş başlıqlar yazmağa meyllidirlər, lakin başlıq nə qədər mürəkkəbdirsə, robot üçün onu xüsusi bir hadisəyə aid etmək o qədər çətin olur);

4. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

5. Xəbəri sayta operativ çıxarmaq (kim xəbəri daha sürətli dərc etsə, onun daha yüksək reytinqi olacaq).

Məqsəd "Yandex"ə düşməkdirsə, Aleksey Filippovski aşağıdakıları tövsiyə edir:

1. Materialı "Yandex.Novosti"yə göndərmək (texniki tələblərə uyğun materialların RSS-ni hazırlamaq) - məlumatı digərlərindən tez vermək lazımdır;

2. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın;

3. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

4. Xəbəri sayta operativ çıxarmaq.

Mütəxəssis yeni xəbərləri ana səhifəyə çıxarmağı (axtarış botu əsas səhifədən başlayaraq sayta daxil olur, keçidlər nə qədər az olsa səhifələr o qədər tez axtarışa düşəcək), əlavə bölmələri, teqləri yaratmağı (xəbərləri və aktual materialları indeksləşdirən axtarış botu məhz belə səhifələrə tez-tez baş çəkir və bu məqalələrin axtarışa daha tez düşməsinə kömək edir) məsləhət görür.

Məqalələr üçün teqləri düzgün seçmək vacibdir: məna baxımından oxşar çox sayda teq qoymamaq və qeyri-populyar axtarışlar altında teq yaratmamaq, bota hələ indeksləşdirilməmiş səhifələri (məsələn, "Tövsiyə olunan" və ya "Mövzu üzrə materiallar" bloklarında) göstərmək.

Ekspert həmçinin saytda səhifələrin yüklənməsini sürətləndirməyi, səhvləri təmizləməyi və yaxşı keyfiyyətdə fotoşəkil yerləşdirməyi tövsiyə edib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib.

"SputnikPro"un əyani seminarları Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən iştirakçılar üçün açıq olan "SputnikPro"nun onlayn mövsümünə start verib. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı daha ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

102
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

0
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

0