Todes rəqs qrupu Sən supersən! Rəqslər layihəsinin iştirakçıları üçün master klass keçirib

Sputnik "Todes"dən master klass

25
"Sən supersən! Rəqslər" iştirakçıları üçün master klass keçirilib

BAKI, 31 avqust — Sputnik. Sputnik İnformasiya agentliyi və məşhur "Todes" rəqs qrupu "Sən supersən! Rəqslər" layihəsinin iştirakçıları üçün master klass keçirib. Alla Duxovanın rəhbərlik etdiyi rəqs ansamblı gənc rəqqaslarla birlikdə açıq məşq keçib, müsabiqənin iştirakçılarına yeni müasir rəqs elementləri öyrədilib.

Qeyd edək ki, şou Rusiyanın NTV telekanalında sentyabrın 2-də başlayacaq. Müsabiqə iştirakçılarının indi öyrəndikləri hərəkətlər, həmin vaxt onlar üçün vacib olacaq.

"Biz çox şadıq ki, "Sən supersən! Rəqslər" müsabiqəsini beynəlxalq layihəyə çevirə bilmişik. Agentliyimizin digər ölkələrdəki redaksiyalarımızın köməyi ilə biz Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Türkmənistan və Özbəkistanda seçim keçirib, layihədə iştirak etmələri üçün gənc rəqqasları seçə bilmişik. "Todes" qrupunun keçirdiyi ustad dərsi uşaqlar üçün qiymətli təcrübə oldu, onlara xoş hisslər yaşatdı" — deyə Sputnik Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş redaktorunun müavini Andrey Blaqodırenko qeyd edib.

NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən keçirilən "Sən supersən! Rəqslər" müsabiqəsi Rusiya, MDB və Baltikyanı ölkələrdən valideyn himayəsindən məhrum olmuş onlarla gənc istedada öz arzularını reallaşdırmağa imkan yaradır.

  • Todes rəqs qrupu Sən supersən! Rəqslər layihəsinin iştirakçıları üçün master klass keçirib
    "Todes" rəqs qrupu "Sən supersən! Rəqslər" layihəsinin iştirakçıları üçün master klass keçirib
    © Sputnik / Novozhenina Y.
  • Todes rəqs qrupu Sən supersən! Rəqslər layihəsinin iştirakçıları üçün master klass keçirib
    "Todes" rəqs qrupu "Sən supersən! Rəqslər" layihəsinin iştirakçıları üçün master klass keçirib
    © Sputnik / Novozhenina Y.
  • Todes rəqs qrupu Sən supersən! Rəqslər layihəsinin iştirakçıları üçün master klass keçirib
    "Todes" rəqs qrupu "Sən supersən! Rəqslər" layihəsinin iştirakçıları üçün master klass keçirib
    © Sputnik / Novozhenina Y.
  • Todes rəqs qrupu Sən supersən! Rəqslər layihəsinin iştirakçıları üçün master klass keçirib
    "Todes" rəqs qrupu "Sən supersən! Rəqslər" layihəsinin iştirakçıları üçün master klass keçirib
    © Sputnik / Novozhenina Y.
1 / 4
© Sputnik / Novozhenina Y.
"Todes" rəqs qrupu "Sən supersən! Rəqslər" layihəsinin iştirakçıları üçün master klass keçirib

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-lərin ilk onluğuna daxildir.

© Sputnik
Танцевальный батл солистов театра "Тодес" и участников шоу "Ты супер! Танцы"

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

25
Teqlər:
"Sən supersən! Rəqslər" layihəsi, "Todes" rəqs qrupu, master klass, Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu
Əlaqədar
"Sən supersən!" layihəsinin iştirakçısı Xoşqədəm Mehdiyevanın mətbuat konfransı
Xoşqədəm "Sən supersən!"in səhnəsində Alla Puqaçovanın mahnısını ifa etdi
"Sən supersən!"in iştirakçısı müğənniliyə davam edəcək
“Sən supersən”in iştirakçısından videomüraciət
Pərvanə Alcanovanın “Sən supersən!”lə olan həyatının ən yaxşı məqamları
KİV nümayəndələrinin

Medianı necə irəli aparmaq olar? "SputnikPro" izah edəcək

12
(Yenilənib 18:05 23.09.2020)
Vebinar zamanı Anna Starkova press relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verəcək.

 

BAKI, 23 sentyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "SputnikPro" maarifləndirmə layihəsinin onlayn sessiyalarını davam etdirir. Sentyabrın 25-də Bakı vaxtı ilə saat 14:00-da "Medianı necə irəli aparmaq olar" mövzusunda vebinar keçiriləcək. Vebinarda iştirak etmək üçün mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri dəvət olunur.

Vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edəcək.

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. https://t.me/zubovskiy4

O, beynəlxalq kommunikasiyalarda, PR və jurnalistikada 15 ildən artıq iş təcrübəsinə malikdir. Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verəcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform ünvanında qeydiyyatdan keçə bilərlər.

"SputnikPro" martın ortalarında onlayn mövsümünü açıb. Sessiyalarda koronavirus pandemiyası şəraitində işin xüsusiyyətləri, veb-analitika vasitələri və müəllif hüquqları müzakirə edilir, dar mövzularda məlumatları necə yoxlamaq, özünü və istifadəçini necə çaşdırmamaq, xəbər resurslarına trafiki necə artırmaq öyrədilir. İştirakçılar bir-birinə mesaj göndərə və fikirlərini real vaxt rejimində bölüşə bilərlər.

Unikal ustad dərslərindən ibarət "SputnikPro" Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak edib. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

12
Əlaqədar
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib
SputnikPro peşəkar bacarığın sirlərini açıqlayacaq
Dünya pandemiyadan sonra – SputnikPro-nun növbəti vebinarı
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib
Stolun üstündə noutbuk, arxiv şəkli

Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib

104
(Yenilənib 20:06 18.09.2020)
Layihənin iyirminci yubiley vebinarı xəbər saytlarının axtarış trafikinin yaxşılaşdırılmasına, SEO redaktorlarının və texniki mütəxəssislərin nəyi bilməli olduğuna həsr olunub.

BAKI, 18 sentyabr — Sputnik. Bütün redaksiyalar materiallarının məzmununa və keyfiyyətinə çox vaxt ayırır, lakin bu, aysberqin yalnız bir hissəsidir. İstənilən hər hansı bir materialın istifadəçisi də olmalıdır. Və materialın istifadəçiyə tez çatması arzu olunandır. Bu barədə "SputnikPro" maariflənmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 18-də sayca iyirminci yubiley "Xəbər Saytının Redaksiya SEO Optimallaşdırılması" adlı vebinarda "Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski spiker kimi çıxış edib.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
"Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçiyə uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir. Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini də oxuyur.

Filippovski vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışıb.

Ekspertin sözlərinə görə, məsələn, "Google"a düşmək üçün aşağıdakı addımlar atılmalıdır:

1. Saytı "Google News"a əlavə etmək ("Google"a yeni materialınız olduğu haqqında məlumat verirsiniz və o da materialı emal edir);

2. Texniki tələblərə cavab vermək (fotoşəkil, başlıqlar və s. üzrə tələblər);

3. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın (jurnalistlər istifadəçini aldatmağa yönəlmiş başlıqlar yazmağa meyllidirlər, lakin başlıq nə qədər mürəkkəbdirsə, robot üçün onu xüsusi bir hadisəyə aid etmək o qədər çətin olur);

4. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

5. Xəbəri sayta operativ çıxarmaq (kim xəbəri daha sürətli dərc etsə, onun daha yüksək reytinqi olacaq).

Məqsəd "Yandex"ə düşməkdirsə, Aleksey Filippovski aşağıdakıları tövsiyə edir:

1. Materialı "Yandex.Novosti"yə göndərmək (texniki tələblərə uyğun materialların RSS-ni hazırlamaq) - məlumatı digərlərindən tez vermək lazımdır;

2. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın;

3. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

4. Xəbəri sayta operativ çıxarmaq.

Mütəxəssis yeni xəbərləri ana səhifəyə çıxarmağı (axtarış botu əsas səhifədən başlayaraq sayta daxil olur, keçidlər nə qədər az olsa səhifələr o qədər tez axtarışa düşəcək), əlavə bölmələri, teqləri yaratmağı (xəbərləri və aktual materialları indeksləşdirən axtarış botu məhz belə səhifələrə tez-tez baş çəkir və bu məqalələrin axtarışa daha tez düşməsinə kömək edir) məsləhət görür.

Məqalələr üçün teqləri düzgün seçmək vacibdir: məna baxımından oxşar çox sayda teq qoymamaq və qeyri-populyar axtarışlar altında teq yaratmamaq, bota hələ indeksləşdirilməmiş səhifələri (məsələn, "Tövsiyə olunan" və ya "Mövzu üzrə materiallar" bloklarında) göstərmək.

Ekspert həmçinin saytda səhifələrin yüklənməsini sürətləndirməyi, səhvləri təmizləməyi və yaxşı keyfiyyətdə fotoşəkil yerləşdirməyi tövsiyə edib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib.

"SputnikPro"un əyani seminarları Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən iştirakçılar üçün açıq olan "SputnikPro"nun onlayn mövsümünə start verib. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı daha ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

104
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

0
(Yenilənib 17:51 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

0
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa