Sputnik-dən Sən Supersən!in iştirakçılarına xüsusi hədiyyə

Sputnik-dən "Sən Supersən!"in iştirakçılarına xüsusi hədiyyə

25
Sputnik "Sən supersən!" yarışmasının MDB ölkələrindən olan ilk turun qalib iştirakçılarını hədiyyələrlə təbrik etdi

BAKI, 3 apr — Sputnik. Sputnik İnformasiya Agentliyi və Radiosu "Sən supersən!" musiqi müsabiqəsinin MDB ölkələrindən olan və ikinci mərhələyə keçən iştirakçılarını xüsusi hədiyyələrlə təbrik edib. Sputnik-in hədiyyələri Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Estoniya və Qırğızıstandan olan iştirakçılara təqdim edilib. 

Müsabiqənin ikinci turu aprelin 8-də start götürür və onu Sputnik-in MDB və Baltikyanı ölkələrdəki portallarında izləmək olar. Bundan əlavə, Sputnik resurslarında "Sən supersən!" şousunun iştirakçılarına səsvermə davam edir. Bu səsvermə nəticəsində ən çox səs toplamış üç iştirakçı Sputnik radiosunun efirində çıxış etmək və müsabiqədə iştirakı barədə danışmaq imkanı əldə edəcək.

Pərvanə Alcanova
© Sputnik /
Pərvanə Alcanova

Azərbaycanı müsabiqədə 17 yaşlı Pərvanə Alcanova və 12 yaşlı Xoşqədəm Mehdiyeva təmsil edirlər. Qızlardan biri "Ana", digəri isə "Buludlar" (Облака) ifa edərək növbəti turda iştirakinı təmin edib. İstedadlı qızlarımıza Sputnik Azərbaycan saytında və sosial şəbəkələrdə dəstək ola bilərsiniz.

Rusiyanın NTV telekanalı və "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun "Sən supersən!" layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində Rusiya və MDB ölkələrindən istedadlı uşaqlar iştirak edir. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, və Estoniyada istedadların axtarışında iştirak edib.

Xoşgədəm Mehtiyeva
© Sputnik /
Xoşgədəm Mehtiyeva

NTV — Rusiyanın bütün ərazisində yayım həyata keçırən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda — yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya — NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir. Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

25
Teqlər:
"Sən supersən!" musiqi müsabiqəsi, İnformasiya Agentliyi və Radiosu, MDB, hədiyyə, Sputnik
Əlaqədar
"Buludlar" Xoşqədəm Mehdiyevaya "Sən supersən!"in səhnəsində uğur gətirdi
"Sən supersən!"in iştirakçısı Xoşqədəm Mehdiyevanın çıxışdan sonrakı ilk emosiyaları
Xoşqədəm Mehdiyeva "Sən supersən!"in ikinci turuna keçdi
"Sən supersən!"in azərbaycanlı iştirakçıları Sputnik-in oxucularına müraciət etdilər
"Sən supersən!"in azərbaycanlı iştirakçısının çıxışdan sonrakı emosiyaları
"Sən supersən!"-in azərbaycanlı iştirakçısı hamıya salam göndərir
Feyx xəbər oxuyan şəxs, arxiv şəkli

"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı

31
(Yenilənib 09:09 18.04.2020)
RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti onlayn vebinarda həmkarları ilə feyk məlumatların aşkarlanmasının reseptini bölüşüblər.

BAKI, 17 aprel — Sputnik. "Pəncərələri bağlayın, gecə ölkə ərazisi vertolyotlarla dezinfeksiya olunacaq...","Xalamın əmisi qızının əri xəstəxanada işləyir, o deyir ki, hakimiyyət xəstələrin dəqiq rəqəmlərini gizlədir...", "Əgər hər gün səhər sarımsaq yeyilsə, koronavirus heç də qorxulu deyil...". Yəqin ki, hər birimiz heç olmasa bir dəfə yuxarıda qeyd olunan şayiələrdən ən azı biri ilə rastlaşmışıq. SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən növbəti onlayn  vebinar bütün bu feyklərə və onları doğrulardan necə ayırmağa həsr edilib.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda vebinar aprelin 17-də keçirilib və SputnikPro-un dördüncü onlayn görüşü olub. Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olub.

© Sputnik
İqor Krivitski

Onlar vebinarın gedişində feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil ediblər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstəriblər.

Beləliklə, feykin əsas əlamətləri hansılardır:

- Məlumat anonimdir və çox emosionaldır

- Burada yoxlanılacaq heç bir fakt yoxdur

- Saysız-hesabsız insanın həyatı və sağlamlığı üçün təhlükə və çoxsaylı qurbanların olduğu barədə məlumatlar yayılır

- Hakimiyyətin çaxnaşmaya yol verməmək üçün məlumatları gizlətməyə dair göstərişi var

- Real baş vermiş fəlakətin "həqiqi" miqyası haqqında cəmiyyət üçün əhəmiyyətli məlumatların gizlədildiyi ayrıca vurğulanır

- Mənbə olaraq, uzaq qohum, tanış və ya "hüquq-mühafizə orqanlarındakı öz adamı" göstərilir

- Məlumatın maksimum yayılmasına çağırış var.

İqor Krivitskinin sözlərinə görə, saxta xəbərlərdən tez-tez insanlar çox tənbəllik edində və bir neçə klik edərək məlumatları yenidən yoxlamağa ərinəndə istifadə edilir. 

“Bizim jurnalistlərin adi insanlar üçün əlçatmaz olan lüksü var. Biz ekspertlərlə işləyə bilərik. Əgər elmi informasiya adı altında gizlənən və ya adi bir adamın yoxlaması çətin olan hansısa məlumat varsa, və ya burada konkret ekspertə istinad edilirsə, həmin ekspertə zəng edin və ya ona yazın. Biz mütəxəssislə məsləhətləşə bilərik ki, o, bizə məlumatı ya təsdiq etsin, ya da təkzib”, - deyə media eksperti bildirib.

İqor Krivitskinin sözlərinə görə, feykləri yoxlamaq çətin deyil. Mətnlər Google-da, şəkillər, videolar axtarış sistemləri vasitəsilə yoxlanıla bilər.

"Tənqidi düşüncəni inkişaf etdirin və paranoidal meylləri yenidən yoxlayın!", - deyə aparıcı müxtəlif ölkələrdən vebinara qoşulan həmkarlarına məsləhət verib.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlanmasından etibarən, Moskva komandası layihəni bütün ölkələrin iştirakçıları üçün açıq olan "SputnikPro online mövsümü"nə çevirib. 

Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

 

31
Kompyüter arxasında kişi, arxiv şəkli

SputnikPro feykləri müəyyənləşdirmək onlardan faydalanmaq barədə danışacaq

38
(Yenilənib 09:08 18.04.2020)
RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti vebinarın spikerləri olacaqlar

BAKI, 14 aprel — Sputnik. Demək olar ki, bütün ölkələrin vətəndaşlarının daxil olduğu özünütəcrid rejiminə baxmayaraq, SputnikPro təhsil layihəsi öz işini davam etdirir və onlayn görüşlər sahəsində yeni imkanlar açır.

SputnikPro layihəsi çərçivəsində həyata keçirilən növbəti, artıq dördüncü onlayn vebinar feyk xəbərlərin açılmasına və onların ifşasından bəhrələnməyə həsr olunub. Onlayn sessiya aprelin 17-də saat 14.00-da keçiriləcək.

Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olacaq.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda keçiriləcək sessiyada media ekspertləri feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil edəcəklər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstərəcəklər.

Nataliya Şaşina "Rossiya seqodnya” BİA-nın İnnovativ Jurnalistika Mərkəzinin rəhbərinin müavinidir. 2012-ci ildən 2019-cu ilədək Business FM radiostansiyasının icmalçısı və aparıcısı olub. Bundan əvvəl Finam FM radiosunda və "Moskovskiy Komsomolets"qəzetində işləyib.

© Sputnik
Nataliya Şaşina

İqor Krivitski – “Ne veryu!” (İnanmıram) və “Mı vse umryom. Amma bu dəqiq deyil” (Hamımız öləcəyik. Amma bu dəqiq deyil) podkastlarının aparıcısı, əlavə və virtual reallıqda layihələrinin müəllifidir. "Rossiya seqodnya” BİA-ya gəlməmişdən qabaq "RBK Nedvijimost” və NBS şirkətlərində işləyib.

© Sputnik
İqor Krivitski

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

38

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0