Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sputnik və azərbaycanlı ulduzlar "Sən supersən!"in iştirakçılarına uğurlar diləyirlər

© Photo : PR НТВВедущий международного детского вокального конкурса "Ты супер!" Вадим Такменев
Ведущий международного детского вокального конкурса Ты супер! Вадим Такменев - Sputnik Azərbaycan
Abunə olmaq
"Avroviziya-2011" müsabiqəsinin qalibi Eldar Qasımov da yaxın günlərdə portalımız vasitəsilə öz ürək sözlərini Pərvanə və Xoşqədəmə çatdıracaq

BAKI, 16 fev- Sputnik. Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosu Rusiyanın NTV telekanalında nümayiş etdirilən “Sən supersən!” müsabiqəsinin iştirakçıları Pərvanə Alcanova və Xoşqədəm Mehdiyevaya dəstək olmaq məqsədi ilə xüsusi videorubrika hazırlayıb. Bu rubrikada Azərbaycanın məşhur simaları qısa videolarda müsabiqənin azərbaycanlı iştirakçılarına öz dəstəklərini bildirəcək, peşəkar məsləhətlər verəcək və arzularını səsləndirəcəklər. Sputnikin rubrikasının ilk qonaqları tanınmış şoumen, teleaparıcı və prodüser Murad Dadaşov və Azərbaycanı “Avroviziya-2014” mahnı müsabiqəsində təmsil edən populyar müğənni Dilarə Kazımova olub. “Avroviziya-2011” müsabiqəsinin qalibi Eldar Qasımov da yaxın günlərdə portalımız vasitəsilə öz ürək sözlərini Pərvanə və Xoşqədəmə çatdıracaq.

Sputnik-in oxucuları da, dəstək sözlərini və arzularını videoya çəkərək Sputnik Azərbaycan-ın redaksiyasına göndərə və ya sosial şəbəkələrdə #AzərbaycanSupersən heşteqi ilə yerləşdirməklə azərbaycanlı iştirakçılara dəstək ola bilərlər. Ən yaxşı videolar sonradan Sputnik Azərbaycan-ın rəsmi feysbuk səhifəsində yerləşdiriləcək.

Azərbaycandan olan ilk iştirakçımız Pərvanə Alcanovanın “Sən supersən!” şousunda cıxışı  18 fevral saat 21.00-da baş tutacaq. Sputnik Azərbaycan postalında müsabiqənin canlı yayımı təşkil ediləcək.

Murad Dadaşov: “Qızlarımız güc toplamaq üçün gərək çoxlu dincəlsinlər. Ancaq ən əsası hər işi sona çatdırmağıa güc verən qələbəyə inamdır”.

Dilarə Kazımova: “Pərvanə və Xoşqədəmə təkcə uğur deyil, həm də səhnədən qorxmamağı və nəyə qadir olduqlarını göstərmələrini arzulayıram. Bilin ki, nəticədən asılı olmayaraq, biz sizə azarkeşlik edir, sizi sevirik və gözləyirik”.

Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan 92 uşaq iştirak edir.

NTV – Rusiyanın bütün ərazisində yayım həyata keçırən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda – yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya — NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir.

Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0