Başının üstünə üzərində Avropa İttifaqından çıxmağa səs ver yazılmış Böyük Britaniya bayrağı qaldırmış London sakini

Avropa İttifaqı sürətlə populyarlığını itirir

125
(Yenilənib 14:51 01.12.2016)
Avropalıların xeyli hissəsi İttifaqdan çıxmaq barədə referendumun keçirilməsinə tərəfdardır

BAKI, 1 dek — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Avropa əhalisinin xeyli hissəsi ölkələrinin Avropa İttifaqından (Aİ) çıxması barədə referendumun keçirilməsinin tərəfdarıdır. Belə ki, İtaliyada əhalinin yarıdan çoxu (53%) belə bir referendumun keçirilməsini bəyənir. 

Siyahıda daha sonra Fransa (47%), Almaniya (43%), İspaniya (39%) və Polşa (38%) gəlir. Sorğu Sputnik informasiya agentliyi və radiosu üçün IFOP şirkəti tərəfindən keçirilib.

Eyni zamanda, "Aİ-dən çıxmaq barədə Britaniyadakı referendumdan öz ölkənizdə keçirilməsini istərdinizmi?" polşalıların 62, ispaniyalıların 61, almaniyalıların 57, fransalıların 53 və italiyalıların 47%-i "xeyr" cavabını verib. Qeyd etmək lazımdır ki, 2016-cı ilin iyul ayı ilə müqayisədə, referendum tərəfdarlarının sayı İspaniyada 34%-dən 39%-ə, İtaliyada 46%-dən 53%-ə Polşada isə 33%-dən 38%-ə qalxıb.

Sorğu Fransanın IFOP şirkəti tərəfindən 22-26 oktyabr 2016-cı il tarixlərində keçirilib. Sorğuda Fransada, Almaniyada, İspaniyada, İtaliyada və Polşada 18 yaşından yuxarı 5019 respondent iştirak edb. Ölkə üzrə maksimal səhv göstəricisi +/- 3,1% təşkil edir.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

125
Teqlər:
, Sputnik.Rəy, əhali, Sputnik, sorğu, Avropa İttifaqı, Avropa
Əlaqədar
Ərdoğan Avropa İttifaqını hədələdi
"Avropa İttifaqının arxasınca sürünməyin mənası yoxdur"
Avropa Parlamenti Türkiyə ilə müzakirələri dayandırdı
Avropa Parlamentindən söz azadlığına qarşı sərt qərar
Avropa siyasətində radikal dönüş dövrü başlayır
Avropa PKK-nı məhz bu səbəbə görə dəstəkləyir
"Azərbaycansız bütov Avropa təsəvvür etmək mümkün deyil"
Noutbuk arxasında əlində smartfon olan qız, arxiv şəkli

Layihəni smartfonla başlayıb şəxsi studiyada necə başa vurmalı

8
"SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində təşkil olunacaq növbəti vebinarda uğurlu "YouTube" layihəsinin necə hazırlana biləcəyindən danışılacaq.

BAKI, 24 mart — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu "SputnikPro" maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Cümə günü, mart ayının 26-da, Bakı vaxtı ilə saat 14:00-da "YouTube": layihəni smartfonla başlayıb şəxsi studiyada necə başa vurmalı" mövzusuna həsr olunmuş növbəti vebinar baş tutacaq.

Vebinarın spikeri "Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin olacaq.

© Sputnik
"Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin

Fomin "Rossiya seqodnya" media qrupunda ştatdankənar müəllif kimi Ukraynada (2017-ci ildə) fəaliyyətə başlayıb. Əvvəllər "Zvezda" televiziya kanalında ("Ukrayna Online: Şərq / Qərb" layihəsi) və Ukrayna mediasında çalışıb. Rusiayanın Xalqlar Dostluğu Universitetinin Beynəlxalq jurnalsitika fakültəsini bitirib. Elə həmin universitetin aspirantıdır. Rusiya Federasiya Şurası yanında Blogerlər və Jurnalistlər Şurasının, həmçinin Rusiya Jurnalistlər Birliyinin üzvüdür.

Aleksandr spikeri olacağı vebinarı aşağıdaki tezislər üzərində qurmağı planlaşdırır:

- əlinin altında yalnız smartfon və qeyd dəftərçəndə bir neçə ekspertin telefon nömrəsi varsa, işə necə başlamalı;

- format axtarışı: küçə sorğularından tele-konfranslara;

- düşmən siyasi rejimə malik ölkələrin stringerləri ilə təhlükəsiz işi necə qurmalı;

- xüsusi studiya: işimizi yeni qayda ilə təşkil edirik.

Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

"SputnikPro" onlayn mövsümünü 2020-ci ilin mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası şəriatində jurnalist işinin spesifikası, veb-analiz alətləri və müəllif hüquqları məsələləri müzakirə olunur, jurnalistlərə dar ixtisaslara aid mövzularda özlərini və oxucuları çaşdırmamaq üçün necə yazmalı olduqları öyrədilir, sarı mətbuata çevrilmədən xəbərlərin oxunmasına nail olmağın yolları barədə məlumat verilir.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

8
Noutbuk arxasında bloger, arxiv şəkli

Xəbəri necə oxutmalı SputnikPro layihəsi bu suala cavab verib

30
(Yenilənib 14:38 08.02.2021)
SputnikPro – maarifləndirmə layihəsi onlayn sessiyalarını davam etdirir, bu ilin ilk vebinarı isə məqalələrin daha çox oxunması mövzusuna həsr olunub.

BAKI, 8 fevral — Sputnik. Sadə sorğular – hazırda müasir multimedia jurnalistikası bizi buna səsləyir. 2021-ci ildə SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilmiş ilk vebinarda bu məsələ müzakirə edilib. Fevralın 5-i, cümə günü keçirilən onlayn sessiya "Məqaləni necə təqdim etmək lazımdır ki, daha çox oxunsun" mövzusuna həsr olunmuşdu.

Vebinarın spikeri "Rossiya Seqodnya" mediaqrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyev olub.

© Sputnik
Oleq Dmitriyev

Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-dək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" mediaqrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbərinin vəzifəsini icra edib.

Vebinarda spiker mövzunu necə rəngarəng etmək, oxucunun diqqətini cəlb etmək üçün xəbərə hansı rakursdan yanaşmaq lazım gəldiyini açıqlayıb.

"Xəbərə hansı rakursdan yanaşılacağını müəyyən etməzdən əvvəl öz auditoriyamızı yaxşı tanımalıyıq", – deyə o bildirib. Onun sözlərinə görə, jurnalist məhz kimin üçün yazdığını, oxucusunun hansı yaş qrupuna aid olduğunu, gəlir səviyyəsini, böyük, yoxsa kiçik şəhərdə yaşadığını aydın təsəvvür etməlidir. "Siz oxucunu məhz nəyin narahat etdiyini bilməlisiniz", – deyə Oleq Dmitriyev vurğulayıb.

"Yanaşma bucağı məsələsinə biz öz reportajlarımızla cavab veririk", – spiker belə deyib. Onun sözlərinə görə, bu, hər hansı bir az bilinən fakt, insanın həyat və ya yaradıcılıq yolu ilə bağlı məqam ola bilər. Bu faktlar hekayələri canlandırır, onu oxucuya daha yaxın edir. Spikerin sözlərinə görə, bütün mövzular üçün maraqlı yanaşma bucağı seçmək olar.

"Eyni zamanda, mütləq yadda saxlamaq lazımdır ki, əhvalat uzun deyilsə, onu dartıb uzatmağın mənası yoxdur", – deyə Dmitriyev qeyd edib. O, fərqli ölkələrdən olan həmkarlarına hekayəni oxucunun və ya izləyicinin diqqətini dağıdan lazımsız detallarla yükləməməyi tövsiyə edib.

"Özünüzü bir hekayə ustası kimi yetişdirin", - deyə spiker jurnalistlərə məsləhət görüb.

SputnikPro – beynəlxalq xəbər agentliyi və Sputnik radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib. Pandemiyanın başlaması ilə əlaqədar layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılara eyni vaxtda açıq olan "SputnikPro onlayn mövsümü"nə start verib. Vebinar rejimində mütəxəssislər ən aktual mövzuları seçməyə çalışaraq jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:https://www.facebook.com/SputnikProject/

 

30

Azərbaycanda son sutkada 2424 nəfər COVID-19-a yoluxub

8
Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb

BAKI, 11 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.

8