Avropalılar miqrantların ucbatından iş yerlərini itirməkdən qorxurlar

© AFP 2023 / LOUISA GOULIAMAKISuriyalı miqrantların etirazı. Arxiv şəkli
Suriyalı miqrantların etirazı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğuda 3042 respondent - Almaniyadan 989, Fransadan 1008 və Britaniyadan 1045 nəfər iştirak edib. Sorğuda cins, yaş və coğrafiya nəzərə alınıb.

BAKI, 12 iyul — Sputnik. Sputnik.Rəy-in keçirdiyi sorğunun nəticələrinə görə, Fransada rəyi soruşulanların 50%-i, Böyük Britaniya vətəndaşlarının 47%-i, Almaniya vətəndaşlarının isə 36%-i hesab edir ki, immiqrasiya onların ölkələrindəki köklü əhalinin öz iş yerlərini itirməsinə gətirib çıxarır. 

Məlumatlar Fransanın məşhur "Ifop" və Böyük Britaniyanın "Populus" sorğu şirkətləri tərəfindən, Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirilmiş sorğunun nəticəsində əldə edilib.

Miqrantlar - Sputnik Azərbaycan
Miqrantlar Avropa cəmiyyətini parçalayır

"Siz bu fikirlə razısız, ya yox: immiqrasiya yerli əhalinin öz iş yerlərini miqrantların xeyrinə itirməsinə səbəb olur?" sualına rəyi soruşulan Britaniya vətəndaşlarının demək olar ki, ¼-i — 24%-i cavab verə bilməyib. Bu suala Fransa vətəndaşlarının 5%-i, Almaniya vətəndaşlarının isə 6%-i "bilmirəm" cavabını verib.

"Populus" şirkəti bu sorğunu Britaniyada 15-21 aprel 2016-cı il tarixində keçirib. Fransada isə sorğu "IFop" şirkəti tərəfindən 4-18 aprel 2016-cı il tarixlərində keçirilib.

Sorğuda 3042 respondent — Almaniyadan 989, Fransadan 1008 və Britaniyadan 1045 nəfər iştirak edib. Sorğuda cins, yaş və coğrafiya nəzərə alınıb. Ölkə üzrə məlumatlarda səhv, maksimum 3,1% təşkil edə bilər, etibarlılıq ehtimalı 95%-dir.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0